Baş Prokurorluqda itkin düşmüş şəxslərlə
bağlı Beynəlxalq
Komissiyanın nümayəndə
heyəti ilə görüş keçirilib
İyunun 6-da BMT-nin
İtkin düşmüş
şəxslərlə bağlı
Beynəlxalq Komissiyasının
(ICMP) Koordinasiya və
əməkdaşlıq üzrə
direktoru Andreas Kleyzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.
Baş Prokurorluğun
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Baş
prokurorun birinci müavini Elçin Məmmədov Birinci Qarabağ müharibəsi
zamanı itkin düşmüş 3890 azərbaycanlının
taleyinə bu günə kimi aydınlıq gətirilmədiyini,
onlar barədə Ermənistan tərəfindən
hələ də müfəssəl məlumatların
təqdim olunmadığını
qeyd edərək, bu xüsusda ICMP ilə əməkdaşlığa
böyük önəm
verildiyini vurğulayıb.
Andreas Kleyzer hərbi münaqişələr
zamanı itkin düşmüş şəxslərin
taleyinə aydınlıq
gətirilməsi və
insanlıq əleyhinə
törədilmiş cinayətlərin
müəyyən edilməsi
sahəsində uzun illərə dayanan təcrübəyə malik
Komissiyanın Azərbaycan
rəsmiləri ilə
sıx əməkdaşlığa
hazır olduğunu, xüsusilə prokurorluq orqanlarının bu sahədə aparıcı
rol oynadığını
bildirib.
Görüşdə itkin düşmüş şəxslərin qeydiyyatı, məlumat bazası, itkin düşmüş şəxslər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Hərbi Prokurorluqda və Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2023.- 7 iyun.- S.9.