İlham
Əliyevin sülh gündəliyi sabitliyin qarantıdır
Məkandan asılı olmayaraq bütün danışıqlar
rəsmi Bakının
diktəsi ilə aparılır
Son aylarda Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanması
istiqamətində danışıqlar
xeyli intensivləşib.
Həm ölkə liderləri, həm də XİN başçıları
arasında keçirilən
görüşlərdə aparılan müzakirələr,
əldə olunan razılıqlar onu deməyə əsas verir ki, artıq
Ermənistan çıxış
yolunun olmadığının
fərqinə varmağa
başlayıb.
Əgər belə
olmasaydı, sülh müqaviləsini imzalamamaq
üçün uydurmalar,
bəhanələr səsləndirən
Ermənistan mayın
14-də Brüsseldə keçirilən
üçtərəfli görüşdə
iki ölkə arasındakı sərhədlərin
- 1991-ci ilin "Alma-Ata
Bəyannaməsi" əsasında
həll olunmalı olduğunu rəsmən qəbul etməzdi. Bu, Ermənistanın Qarabağı Azərbaycanın
tərkib hissəsi kimi tanımasını təsdiqləyən faktdır.
"Alma-Ata Bəyannaməsi"nə
əsasən Ermənistanın
ərazisi 29,800 kvadratkilometr,
Azərbaycanın ərazisi
isə 86,600 kvadratkilometr
təşkil edir. Bununla yanaşı, Ermənistan
tərəfi Azərbaycanın
sülh sazişi ilə bağlı irəli sürdüyü
5 prinsipi də qəbul etdiyini açıqlayıb.
Sonuncu Brüssel
görüşünün digər vacib məqamı Azərbaycanın
kommunikasiyaların açılmasına
dair təklifinin realizəsi üzrə ciddi irəliləyişlə
bağlı oldu. Belə ki, danışıqlar
zamanı tərəflər
bağlantılar məsələsində,
regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası
istiqamətində müzakirələrdə
aydın irəliləyişə
nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks-istiqamətdə dəmir
yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir
yolu əlaqələrinin
bərpası ilə bağlı modallıqları
və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə
ehtiva edəcək ümumi razılaşmanın
yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar
verilib. Bu işdə tərəflər
Ümumdünya Gömrük
Təşkilatından dəstək
alınmasına dair razılığa gəliblər.
Görüşdən sonra verilən bəyanatdan da aydın olub ki, Zəngəzur dəhlizinin açılması ilə
bağlı faktiki əngəl qalmır və bunun dəstəklənməsi
üçün prosesə
Ümumdünya Gömrük
Təşkilatı cəlb
ediləcək. Bu, əlbəttə, Ermənistanın
ənənəvi yayınmalarının
qarşısının alınmasında
əhəmiyyətli rol
oynayacaq. Bütün görüşlərdə olduğu
kimi, bu dəfə də humanitar məsələlər
İlham Əliyevin əsas tezislərindən
olub. Həmçinin razılaşdırılıb ki,
azaraq sərhədi keçən hərbi qulluqçular bundan sonra da sürətləndirilmiş
əsaslarla azad olunacaqlar.
İyunun 1-də Kişineuda
Prezident İlham Əliyev, Ermənistanın
baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel arasında keçirilən
üçtərəfli, eləcə
də Almaniya Kansleri Olaf Şolts
və Fransa Prezidenti Emmanuel Makronun da qatıldığı
beştərəfli qeyri-rəsmi
görüşü də
sülh prosesinin tərkib hissəsi kimi dəyərləndirmək
olar. Düzdür, görüşlərdə heç
bir qərar qəbul olunmasa da, tərəflər bunu iyulun 21-də Brüsseldə keçiriləcək
növbəti toplantıya
yaxşı hazırlıq
kimi qiymətləndiriblər.
Görüşdən sonra Avropa İttifaqı
Şurasının prezidenti
Şarl Mişel deyib ki, tərəflər
Brüsseldə keçirilən
sonuncu görüşdə
müzakirə edilən
məsələləri bir
daha nəzərdən
keçiriblər. Bunlar
əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin
delimitasiyası, sülh
sazişi ilə bağlı məsələlərdir.
Şarl Mişel bütün bunları tərəflərin gərgin
çalışdıqlarının sübutu kimi dəyərləndirib: "Bu
görüş iyulun
21-də Brüsseldə keçiriləcək
növbəti toplantıya
çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox
gərgin çalışırıq.
Biz münasibətlərin
normallaşdırılması istiqamətində bütün
müsbət səyləri
dəstəkləmək niyyətindəyik".
Aİ Şurasının prezidenti növbəti görüşə, yəni
oktyabrın 5-də İspaniyada
keçiriləcək "Avropa Siyasi Birliyi"nin
3-cü sammiti çərçivəsində
reallaşacaq sülh danışıqlarına kansler
Şoltsu və prezident Makronu yenidən dəvət etmək niyyətində olduqlarını da vurğulayıb. "Biz Avropa İttifaqı tərəfindən münasibətlərin
normallaşdırılması istiqamətində daha çox irəliləyişə
nail olmağa yardım etmək üçün əlimizdən
gələni edəcəyik",
- deyən Şarl Mişel özünün tviter hesabında görüşlə bağlı
etdiyi paylaşımda
bildirib ki, Praqa və Brüssel
görüşlərindən sonra tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşmasının bütün
elementləri ilə bağlı müzakirə
aparmağa davam ediblər. Diplomat həmçinin paylaşımında
vurğulayıb ki, öhdəlikləri yerinə
yetirmək vacibdir.
Bu, əlbəttə
ki, Ermənistana ünvanlanmış mesajdır.
Çünki Azərbaycan
üzərinə düşən
bütün öhdəlikləri
vaxtında yerinə yetirib və beynəlxalq birlik də reallıqlara şahidlik edib. Məğlub Ermənistan isə hələ 2020-ci il 10 noyabr Bəyanatında
əksini tapmış
öhdəliklərinin heç
birini yerinə yetirməyib.
Moldovada keçirilən
qeyri-rəsmi beştərəfli
görüşdən sonra
Fransa Prezidenti Emmanuel Makron yenə də Ermənistana havadarlığını
açıq-aşkar nümayiş
etdirib.
Bəllidir ki, Avropa İttifaqı Şurası tərəfindən
təşkil olunan üçtərəfli görüşlərdən
sonra aparılan müzakirələrlə bağlı
mətbuata Şarl Mişel məlumat verir. Amma Moldovada
keçirilən beştərəfli
qeyri-rəsmi görüşdən
sonra Aİ Şurasının
prezidenti ilə yanaşı, Emmanuel Makron da ayrıca
bəyanat verib. Fransa prezidentinin bu hərəkətinə
Azərbaycan XİN dərhal
reaksiya verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə
qeyd edib ki, bu hərəkət
danışıqlar prosesinə
mənfi təsir göstərir: "Əfsuslar
olsun ki, Fransa tərəfindən belə davranışın
sərgilənməsi ilk
hal deyil və bu, Azərbaycanla
Ermənistan arasında
sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Fransa prezidenti tərəfindən
birtərəfli qaydada
görüş barədə
verilmiş açıqlama
tərəflərin mövqeyini
əks etdirmir və təhrif edir.
Bu səbəbdən
də siyasi şərhçilər hesab
edirlər ki, sülh sazişi ilə bağlı "beşli format" uğur vəd etmir. Əvvəlcədən
müəyyənləşdirilmiş
"üçlü format"
danışıqların aparılması
üçün ən
dorğu seçimdir.
Əlbəttə ki,
sülh danışıqları
ilə bağlı müxtəlif formatlar yaradıla da bilər, iştirak edən dövlətlərin
sayı artırıla
da bilər. Amma hər kəsə,
xüsusən də Ermənistana və havadarlarına yaxşı
bəllidir ki, məkanından asılı
olmayaraq keçirilən
sülh danışıqlarında
İlham Əliyev qalib kimi diktə
edən tərəf olacaq və qətiyyətli mövqeyini
birmənalı şəkildə
nümayiş etdirəcək.
Necə ki, indiyədək keçirilən
görüşlərdə olduğu kimi...
Hayastan da Qarabağın erməni əhalisi üçün
ayrıca "status"
iddiasını irəli
sürməsinin mənasızlığını
birdəfəlik anlamalıdır.
Azərbaycan Prezidenti bununla bağlı son sözünü mayın 28-də Laçında
bəyan edib. "Miatsum"un, separatizmin kitabının bağlandığını
söyləyən Müzəffər
Ali Baş Komandan deyib ki, müstəqillik xülyası da statusun dalınca cəhənnəmə göndərilib.
Bu gün ermənilərin yaşadıqları
Qarabağ bölgəsi
Azərbaycanın tarixi,
hüquqi torpağıdır.
Yaxşı olar ki, bu reallığı
orada yaşayan erməniəsilli vətəndaşlar
da tezliklə başa düşsünlər
və xam xəyallardan ayılaraq özləri gəlib Azərbaycan bayrağı
altında yaşamaq üçün addım atsınlar: "Mənim sözüm qətidir, bunu hər kəs
bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən
Ermənistanda. Nəyi
deyiriksə, onu da edirik. Bir
dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də
havada qalmayacaq".
Bu bir həqiqətdir ki, rəsmi Bakı Azərbaycanın erməni
vətəndaşlarına ölkə Konstitusiyası
çərçivəsində bütün hüquqların
veriləcəyini bəyan
edib. Bu baxımdan nə bu gün, nə
də gələcəkdə
Azərbaycanda yaşayan
ermənilərə hər
hansı bir statusun verilməsindən söhbət belə gedə bilməz. Azərbaycan ərazisində
yaşayan hər kəsin hüquqlarına və təhlükəsizliyinə,
habelə milli, irqi və dini
mənsubiyyətlərindən asılı olmayaraq, hər kəsə Konstitusiya çərçivəsində
təminat verilir. Əhalinin hər hansı bir qrupunun "hüquq və təhlükəsizliyi"
ilə bağlı hansısa "beynəlxalq
mexanizmlər"in müəyyənləşdirilməsi
Azərbaycan Konstitusiyasının
və beynəlxalq hüququn əsas prinsiplərindən birini
- bərabərlik prinsipini
pozduğu üçün
heç bir halda tətbiq edilə bilməz.
Göründüyü kimi, müharibənin qalib tərəfi olmasına rəğmən,
Azərbaycan Prezidenti məğlub ölkəyə
qurtuluş yolu, inkişaf yolu və hər iki tərəfi qane edəcək sülh modeli təklif edir. İmzalanacaq barış müqaviləsi isə bölgədə sülh və təhlükəsizliyi
təmin edəcək.
Zəngəzur dəhlizinin
açılması da
daha çox Ermənistanın sosial-iqtisadi
səfalətdən qurtuluşuna
real zəmin yaratmış olacaq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
3 iyun.- S.1;7.