İtaliya
Azərbaycanın əsas
ticarət tərəfdaşıdır
İtaliya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Sercio Mattarellaya
2 İyun – Respublika Günü
münasibətilə Sizi
və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Qarşılıqlı etimada və xoş ənənələrə
əsaslanan Azərbaycan-İtaliya
münasibətlərinin bugünkü
səviyyəsi məmnunluq
doğurur. Güclü
siyasi əlaqələrimiz
gündən-günə genişlənən
ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə
əməkdaşlığımızın
və çoxölçülü
strateji tərəfdaşlığımızın
təməlini təşkil
edir. Bu da öz növbəsində,
dövlətlərimizin maraqlarına
və xalqlarımızın
mənafelərinə xidmət
edərək onları
bir-birinə daha da yaxınlaşdırır.
İtaliya Azərbaycanın
əsas ticarət tərəfdaşıdır. İqtisadi
sahədə səmərəli
fəaliyyətimizin yüksələn
xətlə inkişaf
etməsi bizi sevindirir. Bunun da əsas tərkib
hissələrindən birini
enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız
təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız
addımlar Avropanın
enerji təhlükəsizliyinə
töhfə verərək,
eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını
möhkəmləndirir.
İtaliya şirkətlərinin
Azərbaycanda, xüsusilə
də işğaldan azad edilmiş ərazilərimizdə aparılan
yenidənqurma və bərpa işlərində
fəal iştirakını
təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər
Qarabağ və Şərqi Zəngəzurda
ən çox iş görən şirkətlər sırasındadırlar
ki, bu da
dövlətlərarası əlaqələrimizin səviyyəsindən
xəbər verir.
Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan
İtaliya ilə əlaqələrimizin genişlənməsinə
xüsusi əhəmiyyət
verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək
və yeni məzmunla zənginləşdirmək
əzmindəyik. Apardığımız
ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı
səfərlər, imzalanmış
sənədlər, həyata
keçirilən birgə
layihələr əməkdaşlığımızın
yeni istiqamətlərinin
müəyyən edilməsində
mühüm rol oynayır. Azərbaycanın
Avropa İttifaqı ilə münasibətlərinin
inkişafına İtaliyanın
daim verdiyi dəstəyi yüksək
qiymətləndiririk.
Əminəm ki,
Azərbaycan ilə İtaliya arasındakı
ənənəvi dostluq
münasibətləri, həm
ikitərəfli, həm
də Avropa İttifaqı çərçivəsində
səmərəli əməkdaşlığımız
dost xalqlarımızın
mənafelərinə uyğun
olaraq birgə səylərimizlə bundan
sonra da genişlənəcək, strateji
tərəfdaşlığımız daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 may 2023-cü il
Azərbaycan.-2023.- 3 iyun.-
S.1.