Delimitasiya Azərbaycanın şərtləri əsasında olmalıdır

 

Sülh sazişinin imzalanması yalnız rəsmi Bakının təklifləri əsasında mümkündür

 

"Delimitasiya bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır Qarabağda hələ kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır".

28 May Müstəqillik Günündə Laçına doğma sakinlərini əbədi qaytaran xilaskar lider İlham Əliyev məxsusi olaraq Şərqi Zəngəzurun zirvələrdə məskən tutan bu ulu diyarından bir daha bəyan etdi ki, Azərbaycan Ermənistan arasında imzalanacaq sülh müqaviləsi yalnız rəsmi Bakının irəli sürdüyü şərtlərlə mümkündür.

Məhz Laçından sülhün şərtlərini səsləndirməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev həm bütün dünyaya o mesajı çatdırdı ki, artıq bu torpaqların əzəli sahibləri qayıdıblar əbədiyyətədək burada yaşayacaqlar.

 

Hələ gec deyil

 

31 ildən sonra tarixi şəhərimiz Laçına qayıdışın qürurunu yaşadığımız həmin ikiqat bayram günündə yurdlarına yenidən dönən laçınlılarla görüşündə qalib lider İlham Əliyev ötən onilliklər ərzində Azərbaycan xalqının keçdiyi uzun məsuliyyətli yoldan, bizi zəfərə yetirən əzmindən gücündən bəhs etdi.

Azərbaycanın qətiyyəti, siyasi iradəsi sayəsində bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdiyimizi söyləyən dövlət başçısı çıxışında xüsusi vurğuladı ki, hər bir qarış torpaq bizim üçün əziz doğmadır. Hər şəhər, hər kənd bizimdir torpaqdan pay ola bilməz.

Dağların zirvəsində möhtəşəm şəkildə yenidən qurulan Laçında əhali ilə görüşü zamanı Prezident İlham Əliyevin etdiyi çıxışını eyni zamanda Azərbaycan liderinin Ermənistan rəhbərliyinə, revanşistlərə, onların xarici qahmarçılarına xəbərdarlığı kimi dəyərləndirmək olar. Müzəffər Ali Baş Komandan qətiyyətlə söylədi: "Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda olacaq, harada desək, sərhəd orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, başqaları, heç kim".

 

Separatizmin kitabı bağlanıb

 

Mayın 14-də Hayastan Brüsseldə keçirilən sonuncu üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmasını rəsmən qəbul etdi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı.

Son dövrlər iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar xeyli intensivləşib. Hətta Azərbaycanın irəli sürdüyü şərtlər qəbul ediləcəyi təqdirdə tezliklə sülh müqaviləsinin  imzalanması da gözlənilir.

Lakin riyakar Hayastan rəhbərliyinin Qarabağda yaşayan ermənilərə əlavə "status"un verilməsi məsələsi ilə bağlı manipulyasiya etməsi sülh danışıqlarına birbaşa əngəl olur. Rəsmi İrəvanın bu məkrli addımı isə sülh müqaviləsini imzalamaqdan yayınmaq cəhdindən başqa bir şey deyil. Lakin haylar özləri yaxşı bilirlər ki, bu məsələlər çoxdan cəhənnəmə göndərilib, hələ 44 günlük Vətən müharibəsi zamanında. 

Ötən bazar günü Laçında olarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha separatçılıq ab-havasından hələ çıxmaq istəməyən haylara mesaj yolladı: "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var".

 

Sonuncu şans

 

Sülh gündəliyi ilə bağlı ölkəmizin mövqeyi iki yanaşmadan ibarətdir: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsi.

Vətən müharibəsindən dərhal sonra Azərbaycan bölgədə davamlı sülhə, iki ölkə arasında normallaşmaya nail olunması üçün ardıcıl mühüm addımlar atır. Ölkəmizin sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərin ədalətli beynəlxalq hüququn normalarına cavab verməsinin özü Azərbaycanın humanist mövqeyini əyani şəkildə göz önünə gətirir.

Digər yandan dövlətimiz erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı ardıcıl effektiv fəaliyyət göstərir. Hətta cari ilin martında Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə birinci görüş baş tutub.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün Bakı şəhərində ikinci görüşə dəvət edib.

Mayın 28-də sözügedən çıxışında dövlət başçısı bu məsələyə toxundu bildirdi ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır: "Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır".

Dövlət başçısı dedi ki, biz doğma torpaqlarımızdayıq ermənilərin yaşadıqları Qarabağ bölgəsi Azərbaycanın tarixi, hüquqi torpağıdır. Yaxşı olar ki, bu reallığı orada yaşayan erməniəsilli vətəndaşlar da tezliklə başa düşsünlər xam xəyallardan ayılaraq özləri gəlib Azərbaycan bayrağı altında yaşamaq üçün addım atsınlar.

Prezident Laçına tarixi qayıdış günündə diqqətə çatdırdı ki, Qarabağ bölgəsində yaşayan ermənilərlə görüş üçün daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək.

"Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz havada qalmayacaq", - deyə sözü imzası qədər kəsərli olan Azərbaycan lideri bildirdi ki, ermənilər məhz bu fürsəti qaçırmamalıdırlar. Sonra gec olacaq.

Göründüyü kimi, Azərbaycan müharibənin qalib tərəfi olmasına baxmayaraq, Hayastana beynəlxalq hüququn normalarına cavab verən təkmil sülh modeli təklif edib, öz ədalətli hüquqi şərtlərini irəli sürüb. O da reallıqdır ki, Azərbaycanın şərtlərinə uyğun imzalanacaq sülh müqaviləsi elə hazırda böhranlar girdabında boğulan, uçurumun ağzında olan Hayastan üçün vəziyyətdən çıxış yoludur. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağın erməni sakinlərinə dəqiq konturlar cızaraq çıxış yolunu göstərib. Ya onlar bu şərtlərlə razı olub ölkəmizdə təhlükəsiz ləyaqətli yaşam sürəcəklər, ya da torpağımızdan birdəfəlik rədd olub gedəcəklər.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 3 iyun.- S.1;5.