Paşinyan
keçmiş hərbi
xuntanı yenə ifşa etdi
Sarkisyan-Koçaryan
koalisiyası indi əsas diqqəti iqtidara qarşı təhqir və iftira kampaniyası üzərində cəmləşdirib
"Hayastanda demokratiyanın
olmaması ona gətirib çıxardı
ki, biz Qarabağ
məsələsinin təfərrüatlarını
yalnız indi öyrənirik".
Ermənistanın baş
naziri Nikol Paşinyanın İrəvanda
keçirilən illik
"Erməni Demokratiya
Forumu"nda səsləndirdiyi
bu fikir fonunda keçmiş hərbi xuntanın hakimiyyətə qarşı
daha da aktivləşdiyi
müşahidə edilir.
Sarkisyan-Koçaryan koalisiyası
indi əsas diqqəti Nikol Paşinyan iqtidarına qarşı təhqir və iftira kampaniyası üzərində
cəmləşdirib.
"Ana
Ermənistan" İctimai
Hərəkatı hakimiyyət
dəyişikliyinə və
növbədənkənar parlament
seçkilərinin keçirilməsinə
nail olmağa çalışır. Bu
barədə hərəkatın
koordinatoru, erməni politoloq Andranik Tevanyan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hərəkat
Hayastanın hazırkı
hökumətinin getməsinə
nail olmağa çalışacaq, çünki
onun hakimiyyətdə
olması ölkə üçün ekzistensial
təhlükədir. Tevanyan
qeyd edib ki, hökumət gedəndən sonra bir il ərzində
növbədənkənar parlament
seçkiləri keçirəcək
müvəqqəti hökumət
yaradılmalıdır.
Hərəkatın iştirakçısı
Manuk Sukiasyan bildirib ki, korrupsionler
saxlanılanda və ya həbs olunanda
işlər uzun çəkib, sonra isə işlər dayandırılıb: "Paşinyan
deyirdi ki, Qarabağ Ermənistandır,
vəssalam, iki ildən sonra isə Qarabağın Azərbaycan olduğunu bəyan etdi. Bir şeyi deyir,
başqa bir şeyi edir".
Göründüyü kimi, Hayastanın Azərbaycanın ərazi
bütövlüyünü tanımasını bəyan
etdikdən sonra Qarabağda separatçılar
arasında dəstəyə
malik Sarkisyan-Koçaryan
koalisiyasının sərt
formada müqavimət
göstərməsi gözlənilir
və bu da məğlub ölkədə qarşıdurmanın
dərinləşməsi deməkdir.
Əsas niyyət İrəvana qarşı
müqavimət və
itaətsizlik təşkil
etmək, bununla xaotik durumun yaradılmasına nail olub, qiyam təşkil
etməklə güc yolu ilə hakimiyyəti
qəsb etməkdir. Məhz belə vəziyyət siyasi gərginliyin daha da yüksələcəyini
göstərir.
Paşinyan isə
hərbi xunta təmsilçilərinin yenidən
həbsə atılması
üçün hüquqi
müstəvidə onlara
qarşı cinayət
təqibini davam etdirir. Bununla yanaşı, hakimiyyət
təhlükəli hesab
etdiyi digər müxalif fiqurları da inzibati yolla
sıradan çıxarmaq
qərarındadır.
Hərbi-siyasi məsələlər
üzrə erməni ekspert Hraçya Arzumanyan deyib ki, yeni heç
nə yoxdur, Azərbaycan mövqeyini dəyişməyib, Hayastan
tərəfi həll yollarını tapmağa çalışır. O bildirib
ki, hakimiyyətin sülh olacağını
niyə təkid etdiyini başa düşmür: "Hakimiyyət
vəziyyəti düzgün
qiymətləndirmir, müharibə
bitməyib. Blokada hərbi əməliyyatın
bir formasıdır, müharibə bitməyib.
Rusiya-Türkiyə alyansı
hesab edir ki, Qarabağ məsələsi bağlıdır,
Zəngəzur məsələsi
qalır. Qarabağda olanların (separatçılar
- red.) davranışı
antiermənidir, onlar başqasının oyununa
giriblər. Qarabağ
"hakimiyyəti" və
erməniləri parçalanıb,
daxili oyunlara və Rusiyanın diktəsinə son qoyun. İrəvan bu təcrid vəziyyətini aradan qaldırmalıdır".
Hayastanda əhalini
siyasi proseslər deyil, məhz getdikcə daha da çökməkdə
olan sosial-iqtisadi vəziyyət düşündürür.
Dərin ruh düşkünlüyünə qərq olan insanlar çıxış
yolunu mühacirətdə
görürlər. Əhalinin
sayı sürətlə
azalmaqda davam edir, xaricə köçənlərin sayı
artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə
aşağı düşməsi
isə erməni sosioloqlarının hakimiyyətə
ünvanlanmış xəbərdarlıqlarının
çoxalmasına səbəb
olur. Real vəziyyət
Hayastanın faktiki olaraq demoqrafik böhran yaşadığını,
bu problemin həlli perspektivinin olmadığını göstərir.
Erməni sosioloqu Samvel Manukyan deyib ki, bir
il içində
150-200 min erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti
isə Rusiya istiqamətini seçəcək.
Çünki Rusiya onlara yeni həyat
qurmaq üçün
daha çox imkanlar vəd edir. Asan sosiallaşma,
mövcud məşğulluq
imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur. Bütövlükdə bütün
bunlar Hayastanın böyük tənəzzül
yaşadığını göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
3 iyun.- S.12.