Avropa
İttifaqı Azərbaycanla
əməkdaşlığın inkişafında maraqlıdır
Xəbər verildiyi
kimi, iyunun 1-də Kişineuda "Avropa Siyasi Birliyi"nin 2-ci Zirvə toplantısının
açılış mərasimi
keçirilib. Azərbaycan
Prezidentinin də iştirak etdiyi sammitdə sülh və təhlükəsizliyin
təmin edilməsi, enerji təhlükəsizliyi
və Avropada ölkələrarası əlaqələrin
gücləndirilməsi məsələləri
müzakirə edilib. Prezident İlham Əliyevin ardıcıl olaraq "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarına
dəvət alması
Azərbaycanın uğurlu
xarici siyasətinin nəticəsidir. Bu, Avropa İttifaqının
Azərbaycana xüsusi
marağını bir
daha təsdiq edir.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Avropa İttifaqı
Azərbaycanı proseslərdən
kənarda saxlamaq niyyətində deyil
Milli Məclisin
deputatı Fazil Mustafa bildirdi ki, "Avropa Siyasi Birliyi" aktual istiqamətlərin müəyyən edilməsi
baxımından mühüm
platformadır: "Prezident
İlham Əliyevin
"Avropa Siyasi Birliyi"nin Zirvə toplantısına dəvət
olunması Avropa İttifaqının Azərbaycanla
əlaqələrinin inkişafında
maraqlı olduğunu göstərir. Avropa İttiqafının Qarabağ
məsələsi ilə
bağlı əsas marağı isə bu regionda kommunikasiya
xətlərinin açılmasıdır.
Bölgədə müharibə
riskinin qalması, eləcə də yolun bağlı olması Avropanın Çinlə ticarət perspektivlərinin artırılmasına
və enerji resurslarının daşınmasına
mane olur. Həmçinin imzalanmış
sənədlərin reallaşmasına
əngəl yaradır".
Deputatın sözlərinə
görə, bu, olduqca narahatedici məqamdır: "Nəzərə
almaq lazımdır ki, Avropa İttifaqı
sülh bərqərar
olmayınca bir çox problemin həll edilməyəcəyini
anlayır. Azərbaycan tərəfi bu istiqamətdə bütün mümkün variantları bilir, Avropa ilə inteqrasiya prosesində ən uyğun davranış sərgiləyir.
Dövlət başçısının
belə sammitlərə
mütəmadi dəvət
olunması həm də Azərbaycanın bölgənin ən güclü, real potensiala sahib iqtisadi resursları olan dövləti kimi tanınmasıdır.
Ona görə də Avropa Azərbaycanı proseslərdən
kənarda saxlamaq niyyətində deyil".
Fazil Mustafa deyib ki, Avropa
İttifaqı regionla
əlaqələrini Azərbaycan
olmadan gerçəkləşdirə
bilməyəcəyini anlayır:
"Burada dövlət
başçısının mövqeyi, diplomatik bacarığı və manevrləri önəmli rol oynayır. Avropa İttifaqına daxil olan bir
çox dövlətlərin
rəhbərləri Azərbaycan
Prezidentinin xarici siyasi fəaliyyətini yüksək qiymətləndirir
və əməkdaşlıqda
maraqlı olduğunu gizlətmirlər".
Regional mövqeyimiz Avropa
İttifaqı ilə
münasibətlərimizə müsbət təsir göstərir
Milli Məclisin
deputatı Vüqar Bayramov isə bildirdi ki, Azərbaycan
regionda Avropa İttifaqı üçün
vacib tərəfdaşlardan
biridir: "Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin
Zirvə toplantısına
ikinci dəfə dəvət olunması da Avropa İttifaqının
Azərbaycana xüsusi
marağını təsdiq
edir. Avropa İttifaqının Azərbaycanı
tərəfdaş kimi
görməsi ölkəmizin
geosiyasi və geoiqtisadi mövqeyi ilə sıx bağlıdır. Nəzərə
almaq lazımdır ki, Azərbaycanın regional mövqeyi ciddi şəkildə güclənib. Xüsusilə
44 günlük Vətən
müharibəsindən sonra
yaranmış reallıqlar
mövqelərimizin güclənməsinə
birbaşa təsir göstərib. Bu, xarici aktorların Azərbaycana münasibətinə
də təsirsiz ötüşməyib".
Deputat qeyd etdi ki, Avropa
İttifaqı ilə
Azərbaycan münasibətlərində
irəliləmə müşahidə
edilir: "Mühüm
məqamlardan biri də tərəflər arasında iqtisadi münasibətlərin inkişaf
etdirilməsidir. Buraya
yalnız enerji sahəsi deyil, iqtisadiyyatın fərqli sektorlarında, eləcə
də Avropa İttifaqı Komissiyasının
Texniki Yardım Proqramı çərçivəsində
əməkdaşlıq daxildir.
Təbii ki, enerji sahəsində tərəfdaşlıq xüsusilə
vacibdir. Azərbaycan Avropa İttifaqının
enerji təhlükəsizliyinə
töhfə verən dövlətlərdəndir. Təsadüfi
deyil ki, 2022-ci ildə ölkəmizin Avropa İttifaqı ölkələrində mavi
qaz istehlakında payı 6,2 faiz artıb. Növbəti illərdə bu göstəricinin ikirəqəmli
olacağı proqnozlaşdırılır".
Vüqar Bayramovun
sözlərinə görə,
bu bir daha
sübut edir ki, Azərbaycan Avropanın ümumi qaz istehlakında payını artırır,
qoca qitəyə neft ixracını davam etdirir, xüsusilə bir sıra ölkələrin
mavi qaza olan tələbatının
ödənilməsində xüsusi
pay sahibidir. Misal üçün, Bolqarıstanın mavi qaza olan tələbatının
üçdəbir hissəsindən
çoxunu Azərbaycan
ödəyir. Mərkəzi
Avropada enerji təhlükəsizliyinin formalaşmasında
da ölkəmiz xüsusi paya malikdir. Yəni Avropa İttifaqı ilə əməkdaşlıq
gündən-günə genişlənir.
Deputat bildirdi ki, Azərbaycan 2027-ci ildən etibarən bərpaolunan enerji ilə Avropa bazarına daxil olacaq: "Bu da Avropa İttifaqının
marağına səbəb
olan məsələlərdəndir.
Azərbaycan yaxın gələcəkdə alternativ
mənbələrdən əldə
edilən "yaşıl
enerji" ixracatçısı
olacaq. Bundan başqa, Azərbaycan beynəlxalq prinsiplərə,
sülhə və təhlükəsizliyə töhfə
verən dövlətdir.
Yəni bizim regional mövqeyimiz Avropa İttifaqı ilə münasibətlərimizə
müsbət təsir
göstərən faktorlardandır".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
3 iyun.- S.5.