Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Azərbaycan Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Polşa
Respublikası adından
və şəxsən
öz adımdan Sizə, ölkənizə,
bütün vətəndaşlarınıza
səmimi-qəlbdən təbriklərimi
və xoş arzularımı çatdırmaqdan
şərəf duyuram.
Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq.
Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq,
Azərbaycan Respublikasının
bütün vətəndaşlarına
sülh, əmin-amanlıq,
ölkənizin hərtərəfli
inkişafının möhkəmləndirilməsi
üçün fəaliyyətinizdə
uğurlar arzulayıram.
Cənab Prezident, fürsətdən istifadə
edərək, Sizin üçün əlverişli
vaxtda Polşaya dəvətimi təkrarlayıram.
Dərin hörmətlə,
Andjey Duda
Polşa Respublikasının
Prezidenti
Azərbaycan.-2023.- 3 iyun.-
S.2.