Azərbaycan
Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri!
Bu il mayın 10-da bütün dünyada hörmətli atanız, qürurlu Azərbaycan xalqının
Ümummilli Lideri, müstəqil Azərbaycan
Respublikasının qurucusu
Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edildi.
Heydər Əliyev uzun illər ərzində çalışdığı
işlərdə güclü
liderlik keyfiyyətləri
nümayiş etdirmiş,
xalqını ötən
əsrin mürəkkəb
tarixi və siyasi təlatümlərindən
uğurla çıxarmışdır.
Onun səyləri ölkəsinin və xalqının müstəqilliyinin
qorunması və möhkəmlənməsində həlledici rol oynamışdır. Heydər
Əliyevin idarəçilik
istedadı, siyasi qətiyyəti və dönməz əqidəsi
hələ sovetlər
dönəmində bir
çox irimiqyaslı
layihələrin həyata
keçirilməsində özünü
büruzə verdi.
Ötən əsrin
90-cı illərində Azərbaycan
öz müstəqilliyini
bərpa etdikdən sonra ölkə daxili və xarici amillər, regional gərginlik və qarşıdurmalar, eləcə də iqtisadi problemlər səbəbindən böyük
qeyri-müəyyənliklə üzləşdi. Heydər
Əliyev Azərbaycanın
taleyinin təhlükə
altında olduğu böhranlı bir dövrdə hakimiyyətə
gələrək ölkənin
parçalanma və anarxiyadan xilas edilməsində həyati
rol oynadı, bununla da davamlı
inkişaf üçün
zəmin yaratdı. Onun uzaqgörənliyi Azərbaycanın xüsusilə
milli resursların səmərəli idarə
olunması yolu ilə bugünkü iqtisadi tərəqqisində
mühüm rol oynadı.
Heydər Əliyevin
Vətəninə verdiyi
töhfələr, o cümlədən
müxtəlif sahələrdə
hərtərəfli islahatların
həyata keçirilməsi
olduqca önəmlidir.
Onun dövlət quruculuğu proqramı milli dilin qorunub
saxlanılması, Azərbaycanın
çoxəsrlik mənəvi
və mədəni ənənələri ilə
səciyyələnən qədim
irsinin beynəlxalq miqyasda tanınması kimi nailiyyətlərlə
nəticələndi.
Mən Sizin atanızla onun siyasi karyerasının son dövründə şəxsən görüşmək
şərəfinə nail
olmuşam. Məndə
həmin görüşdən
unudulmaz təəssürat
yaradan onun Zati-müqəddəsləri Ekumenik
Patriarx Varfolomeyə və digər dini liderlərə necə hörmət nümayiş etdirməsi idi.
Azərbaycana rəhbərlik
etməklə dünyada
silinməz iz qoymuş Heydər Əliyev bütün həyatı boyu azərbaycanlı olması
ilə fəxr etmişdir.
O, həqiqətən milli qürur mənbəyidir və bütün dünyada Azərbaycanın rəmzi
kimi qəbul olunur. Onun ölkənizin
inkişafına verdiyi
çoxsaylı töhfələrin
işığında ümidvar
olduğumu bildirirəm
ki, Azərbaycan öz Ulu Öndərinin
müəyyənləşdirdiyi yolla irəliləyərək
bundan sonra da yeni zirvələr
fəth edəcəkdir.
Emmanuel
Xalkidon (Kadıköy)
Baş Mitropoliti
Azərbaycan.-2023.- 3 iyun.-
S.2.