Azərbaycan
Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Cənab Prezident!
Dost Azərbaycan
xalqının Sizin atanız və sələfiniz, ölkənizin
tarixinə ən böyük töhfə vermiş Prezident Heydər Əliyevin 100 illiyini qeyd etdiyi
günlərdə Zati-alinizə
ehtiramımı, səmimi
təbriklərimi çatdırmaqdan
şərəf və
böyük məmnunluq
duyuram.
Cibuti xalqı və hökuməti Azərbaycan xalqına öz rəğbətini və dostluq hisslərini ifadə etməklə mənim təbriklərimə qoşulur.
Qədirbilən Azərbaycan
xalqı haqlı olaraq dəyişikliklərin
müəllifi olmuş
və ölkənizi sabitlik, dayanıqlı inkişaf yolu ilə irəliyə aparmış Ümummilli Liderinin xatirəsini daim əziz tutur. O, uzaqgörən və xarizmatik lider olaraq ölkənin
təbii sərvətlərindən,
ilk növbədə,
enerji ehtiyatlarından
səmərəli istifadə
ilə rəşadət
nümayiş etdirib.
Heydər Əliyev
siyasi praqmatizmin dəyişməz istiqamətvericisi
və mövcud reallıqlara söykənən
islahatların həyata
keçirilməsində etalon
kimi xalqın yaddaşında həmişəlik
qalacaqdır.
Sizi və dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Zati-aliləri, cənab Prezident, ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
İsmail Ömər
Qelle
Cibuti Respublikasının
Prezidenti
Azərbaycan.-2023.-
3 iyun.- S.2.