“Notariat
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və
10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Notariat haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 10, ¹ 6, maddə 414; 2001, ¹
5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə 740; 2002, ¹ 5, maddə
241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706; 2004, ¹ 5, maddə 318;
2005, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹ 10, maddə 903, ¹ 11,
maddə 993; 2007, ¹ 1, maddə 4, ¹ 2, maddə 69, ¹ 8, maddə
745, ¹ 11, maddələr 1053, 1075; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə
602; 2009, ¹ 1, maddə 5, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010,
¹ 7, maddə 597, ¹ 11, maddə 938; 2011, ¹ 4, maddə 258, ¹ 12,
maddə 1098; 2012, ¹ 10, maddə 946; 2013, ¹ 11, maddə 1271; 2014,
¹ 11, maddə 1353; 2015, ¹ 5, maddə 487; 2016, ¹ 1, maddə 11, ¹
7, maddə 1243, ¹ 12, maddə 2025; 2017, ¹ 2, maddə 148, ¹ 12 (I
kitab), maddə 2236; 2018, ¹ 7 (I kitab), maddə 1388, ¹ 8, maddə
1673, ¹ 11, maddə 2230; 2019, ¹ 1, maddə 22, ¹ 6, maddələr
993, 997, ¹ 11, maddə 1681; 2020, ¹ 8, maddə 1014; 2021, ¹ 2, maddə
116; 2022, ¹ 8, maddə 831, ¹ 11, maddə 1232, ¹ 12, maddə 1379;
2023, ¹ 1, maddə 9) aşağıdakı dəyişikliklər
edilsin:
1. 36-cı maddənin
üçüncü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“Notarius kommersiya
hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin
(iştirakçıların) təsisçi
(iştirakçı) səlahiyyətlərinin həyata
keçirilməsi və onların nizamnamə
kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri
apardığı zaman kommersiya hüquqi şəxslərinin
təsisçiləri (iştirakçıları) və
onların nizamnamə kapitalındakı payları, habelə
kommersiya hüquqi şəxslərinin nizamnamələri və
dövlət qeydiyyatı haqqında şəhadətnamələri
barədə məlumatları elektron informasiya sistemləri
vasitəsilə elektron sorğu əsasında əldə
edir.”.
2. 68-ci maddənin
üçüncü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“Notarius tərcüməçi
tərəfindən gücləndirilmiş elektron imza ilə
təsdiq edilmiş tərcümənin
düzgünlüyünü elektron qaydada təsdiq edə bilər.
Bu halda notarius tərcümənin mətninə görə məsuliyyət
daşımır.”.
3. 76-cı maddənin
altıncı hissəsinin dördüncü cümləsində
“Bildiriş” sözü “Bildirişin surəti” sözləri
ilə əvəz edilsin.
4. 90-cı maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
“Notariuslar xarici ölkələrdə
tərtib edilmiş sənədləri aşağıdakı
hallarda qəbul edirlər:
1. həmin sənədlər
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarında leqallaşdırılmış olduqda;
2. “Xarici rəsmi sənədlərin
leqallaşdırılması tələbini ləğv edən
Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi
sənədə kağız və ya elektron formada həmin
Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə
(apostil) verildikdə. Bu zaman elektron formada verilmiş şəhadətnamə
(apostil) bu Qanunun 27-ci maddəsində nəzərdə
tutulmuş notariat hərəkətlərinin aparılması
qaydaları haqqında təlimata uyğun olaraq
yoxlanıldıqdan sonra qəbul edilir.
Azərbaycan
Respublikasının qanunvericiliyində, o cümlədən Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulduğu hallarda notariuslar xarici ölkələrdə tərtib
edilmiş sənədləri leqallaşdırılmadan və
ya onlara Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə
verilmədən qəbul edirlər.”.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 may 2023-cü il
Azərbaycan.- 2023.- 1
iyun.- S.4.