Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I kitab), maddə 126; 2002, ¹ 12, maddə 702; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 2, maddə 66, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1005, 1006; 2007, ¹ 1, maddə 4, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1218; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddə 171, ¹ 5, maddə 380, ¹ 7, maddə 578; 2011, ¹ 7, maddələr 585, 620, ¹ 12, maddə 1110; 2014, ¹ 12, maddə 1515; 2019, ¹ 2, maddə 185, ¹ 3, maddə 372, ¹ 5, maddə 800, ¹ 12, maddə 1906; 2020, ¹ 7, maddə 832, ¹ 12 (I kitab), maddə 1424; 2021, ¹ 4, maddə 308, ¹ 6 (I kitab), maddə 541, ¹ 7, maddə 711, ¹ 8, maddə 894; 2022, ¹ 1, maddə 11, ¹ 6, maddə 580, ¹ 8, maddə 828; 2023, ¹ 1, maddə 19, ¹ 2, maddələr 192, 207; Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 823-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1-ci maddədə “13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməkləsözləri “11-ci maddəsinin tələbləri nəzərə alınmaqlasözləri ilə əvəz edilsin.

2. 11.1-ci maddədə “13.3-cü” sözləri “13-cü” sözləri ilə əvəz edilsin.

3. 12.0.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;”.

4. 13-cü maddə üzrə:

4.1. 13.3-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;

4.2. 13.4-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur.”.

5. 23.3-cü maddədəqüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludursözləriqüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərəkElektron məhkəməinformasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülürsözləri ilə əvəz edilsin.

6. 25.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəməinformasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”.

7. 65.5, 131.4, 161.4, 162.3, 163.3, 166.2-1, 187.1-1 194.2-ci maddələrdə “3 gün müddətindəsözləridərhalsözü ilə əvəz edilsin.

8. 179-cu 190-cı maddələr aşağıdakı redaksiyada verilsin:

Maddə 179. Nikahın pozulmasının dövlət qeydiyyatına alındığı yer

Ərizə əsasında nikahın pozulması ər-arvadın ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.”;

Maddə 190. Adın, ata adının soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası

190.1. Ərizə əsasında adın, ata adının soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

190.2. Adın, ata adının soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəməinformasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2023-cü il

 

Azərbaycan.- 2023.- 1 iyun.- S.5.