“Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
“Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 1, maddə
8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə
700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə
265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə
1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə
1356, ¹ 12, maddə 1526; 2015, ¹ 11, maddə 1259; 2016, ¹ 4, maddə
644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə
1775; 2018, ¹ 12 (I kitab), maddələr
2471, 2531; 2019, ¹ 1, maddələr 16, 21, ¹
2, maddə 176, ¹ 6, maddə
999, ¹ 7, maddə 1203; 2020, ¹ 6, maddə 675, ¹ 8, maddə
1017, ¹ 11, maddələr 1323, 1335; 2021, ¹
12, maddə 1312; 2022, ¹ 8, maddə
827; 2023, ¹ 1, maddələr 2, 41, ¹ 2, maddə 179) aşağıdakı
dəyişikliklər edilsin:
1. 15.9.5-1-ci maddə ləğv edilsin.
2. Aşağıdakı məzmunda 15.10-cu maddə
əlavə edilsin:
“15.10. Notarius bu
Qanunun 15.9-cu maddəsində
qeyd edilən məlumatlarla yanaşı,
kommersiya hüquqi şəxsinin dövlət
qeydiyyatı haqqında
şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə
“Notariat haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq elektron sorğu əsasında əldə edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 may 2023-cü il
Azərbaycan.- 2023.- 1 iyun.- S.5.