Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə
və müsahibənin
keçirilməsi qaydaları
haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 15
iyul tarixli 305 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 7, maddə 624; 2013, № 5, maddə 514; 2021, № 12, maddə
1355) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə
müsabiqə və müsahibənin keçirilməsi
qaydaları haqqında
Əsasnamə”yə aşağıdakı
məzmunda 4-1-ci bənd
əlavə edilsin:
“4-1. Müsabiqədə və ya müsahibədə
iştirak etmək üçün tələb
olunan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər namizəddən
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi namizədin razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya namizəd
tərəfindən təmin
edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2023-cü il
Azərbaycan.- 2023.- 1 iyun.- S.4.