“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
866-VIQD nömrəli Qanununun
tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 18
yanvar tarixli 261 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
866-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki, “Notariat
haqqında” Azərbaycan
Respublikası Qanununun
90-cı maddəsinin birinci
hissəsinin 1-ci bəndində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi,
habelə Azərbaycan
Respublikasının diplomatik
nümayəndəlikləri və konsulluqları həyata keçirirlər.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Notariat haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 2 may tarixli 866-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. “Notariat haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 18
yanvar tarixli 261 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 40; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 8, maddə
478; 2003, ¹ 6, maddə 290; 2005, ¹ 8, maddə 717; 2006, ¹ 1, maddə
9, ¹ 7, maddə 590; 2007, ¹ 6, maddə 606; 2008, ¹ 3, maddə
174; 2009, ¹ 1, maddə 9, ¹ 2, maddə 71; 2010, ¹ 7, maddə
610; 2011, ¹ 9, maddə 795, ¹ 12, maddə 1128; 2019, ¹ 2, maddə
208, ¹ 6, maddələr 1013, 1045; 2022, ¹ 8, maddə 863; 2023, ¹ 1, maddə
78) 3.13-cü bəndində “hissəsində” sözü
“hissəsinin 1-ci bəndində”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2023-cü il
Azərbaycan.- 2023.- 1 iyun.- S.4.