Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına
xidmətə qəbul
ilə əlaqədar
müsabiqənin keçirilməsi
Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 12
noyabr tarixli 349 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 11, maddə 965; 2021, № 12, maddə 1355) ilə təsdiq edilmiş “Gömrük orqanlarına
xidmətə qəbul
ilə əlaqədar
müsabiqənin keçirilməsi
Qaydası”na aşağıdakı
məzmunda 1.5-1-ci bənd
əlavə edilsin:
“1.5-1. Gömrük orqanlarına
xidmətə qəbul
ilə əlaqədar
zəruri olan sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər və ya məlumatlar müsabiqədə iştirak
etmək istəyən
namizəddən tələb
edilmir. Belə sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi müsabiqədə
iştirak etmək istəyən namizədin razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya həmin
namizəd tərəfindən
təmin edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri
31 may 2023-cü il
Azərbaycan.- 2023.- 1 iyun.-
S.4.