Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti
ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyunun 2-də BP şirkətinin
Hasilat və əməliyyatlar üzrə
icraçı vitse-prezidenti
Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan
ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti
və inkişaf perspektivləri nəzərdən
keçirildi.
BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin
önəmi qeyd edildi. İşğaldan azad olunmuş ərazilərdə günəş
elektrik stansiyasının
inşası ilə bağlı BP şirkəti
ilə birgə aparılan işlər müzakirə olundu.
Görüşdə həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulandı.
Azərbaycan.-2023.- 3 iyun.- S.3.