Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Əhalisinin Dövlət
Reyestrinin aparılması
qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
14 oktyabr tarixli 134 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 790; 2006, ¹ 9, maddə 741; 2007, ¹ 2, maddə
91; 2008, ¹ 8, maddə 722; 2010, ¹ 9, maddə 770, ¹ 10, maddə
858, ¹ 12, maddə 1061; 2013, ¹ 5, maddə 520; 2014, ¹ 9, maddə
1051; 2019, ¹ 6, maddə 1029; 2023, ¹ 1, maddə 84) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Əhalisinin Dövlət
Reyestrinin aparılması
qaydası haqqında Əsasnamə”yə aşağıdakı
məzmunda 24-1-ci bənd
əlavə edilsin:
“24-1. Dövlət Reyestrində
olan məlumatları əldə etmək üçün zəruri
olan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər ərizəçidən
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi ərizəçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya ərizəçi
tərəfindən təmin
edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2023-cü il
Azərbaycan.- 2023.- 1 iyun.- S.5.