Tbilisidə
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş biznes forum keçirilib
Tbilisidə Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə
həsr olunmuş Gürcüstan–Azərbaycan
biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
dövlət rəsmiləri
ilə yanaşı, hər iki ölkədən
sənaye, tikinti, logistika, kənd təsərrüfatı, maliyyə,
turizm, əczaçılıq,
İKT və digər
sahələrdə fəaliyyət
göstərən şirkət
nümayəndələri iştirak
ediblər.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili çıxışında ölkələrimiz
arasında iqtisadi-ticarət
münasibətlərinin inkişaf
etdiyini, bununla belə əməkdaşlığın
genişləndirilməsi üçün
potensialın böyük
olduğunu bildirib.
O, hər iki ölkənin iştirakı
ilə həyata keçirilən layihələrin
bölgədə sülh
və sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən
danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs və
istiqamətlərinin müəyyənləşdirilməsi
üçün əlverişli
platforma olduğunu qeyd edib, müzakirələrin
biznes əlaqələrinin
genişləndirilməsi üçün
faydalı olacağını
vurğulayıb.
İqtisadiyyat naziri
Mikayıl Cabbarov Azərbaycan ilə Gürcüstan arasında
iqtisadi və siyasi əlaqələrin inkişafında Ümummilli
Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini və mühüm rolunu vurğulayıb. Ulu Öndərin uzaqgörən
siyasəti və rəhbərliyi sayəsində
iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də
inkişaf etdiyini diqqətə çatdırıb.
Nazir Azərbaycanın
dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin davamlı
genişləndiyini qeyd
edib.
Tədbirdə Azərbaycan
və Gürcüstanın
yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə
beynəlxalq nəqliyyat
dəhlizlərinin inkişafı
üzrə əməkdaşlığın
daha da möhkəmləndirilməsi
imkanları vurğulanıb.
Bu xüsusda, Transxəzər Beynəlxalq
Şərq-Qərb Orta
Dəhlizinin əhəmiyyəti
diqqətə çatdırılıb.
İqtisadiyyat naziri
sənaye, ticarət, investisiya, alternativ və bərpaolunan enerji, turizm və s. sahələrdə
tərəfdaşlığın gücləndirilməsi imkanlarını,
hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin
önəmini vurğulayıb.
Biznes forumda Azərbaycanın əlverişli
biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar
üçün yaradılan
imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa
dəvət edilib.
AZPROMO-nun rəhbəri
Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan
investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı
imkanlar haqqında məlumat verib.
Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə də KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər keçirilib.
Azərbaycan.-2023.-
3 iyun.- S.3.