Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda
konfrans keçirilib
İyunun 2-də Baş
Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda
konfrans keçirilib.
Bildirilib ki, Bakı
Dövlət, Naxçıvan Dövlət, eləcə də ADA universitetlərinin,
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya,
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev
adına,
Daxili
İşlər Nazirliyinin Polis, Dövlət Gömrük Komitəsi,
Ədliyyə
Nazirliyinin
Ədliyyə
akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələrin, habelə
professor-müəllim heyətinin
iştirak etdiyi konfransda tanınmış
ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları
və gənc prokurorluq işçiləri iştirak edib.
Konfransdan əvvəl
Ümummilli Lider Heydər Əliyevin büstü önünə
gül dəstələri
düzülüb, daha
sonra isə Ulu Öndər və şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə
başlanan konfransda çıxış edən
Baş Prokurorluğun
idarə rəisi Elnur
Musayev iştirakçıların
diqqətinə tədbirin
məqsəd və vəzifələrini çatdırıb.
Xalq yazıçısı
Çingiz Abdullayevin çıxışı gənc
hüquqşünaslarda böyük
maraqla qarşılanıb.
Konfransda Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd
Nuriyev, BDU-nun Hüquq
fakültəsinin dekanı
Zaur Əliyev və Cinayət Prosesi kafedrasının müdiri Firuzə Abbasova, DİA-nın kafedra müdiri İsaxan Vəliyev, MAA-nın İqtisadiyyat və hüquq fakültəsinin dekanı
Ayxan Rüstəmzadə,
ADA Universitetinin Hüquq
fakültəsinin dekanı
Rəşad İbadov,
Naxçıvan Dövlət
Universitetinin Hüquq fənləri kafedrasının
müəllimi Əziz
Qasımovun çıxış
və təqdimatları
dinlənilib.
Konfrans zamanı
mövzu ətrafında
prokurorluğun veteranları,
ixtisaslaşmış ali
təhsil ocaqların nümayəndələri və
tələbələr də
maraqlı çıxışlar
edib.
Tədbir zamanı
Baş Prokurorluğun
təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3
ştrixdə” adlı
sənədli film seyr
edilib.
Azərbaycan.-2023.- 3 iyun.-
S.3.