Azərbaycan Respublikasının Ailə
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
2023-cü il 2 may tarixli 864-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə 2000-ci il 6 mart tarixli 297 nömrəli, Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli
Qanununun tətbiqi barədə 2014-cü il
15 dekabr tarixli 389 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Ailə
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
2023-cü il 2 may tarixli 864-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Ailə Məcəlləsinin
13.3-cü maddəsinin ikinci
cümləsində (hər
üç halda),
23.3-cü, 25.3-cü, 179-cu, 190.1-ci və
190.2-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Məcəllənin
13.3-cü maddəsinin ikinci
cümləsində (üçüncü
halda), 23.3-cü, 25.3-cü və 190.2-ci maddələrində
orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə
tutulur;
1.3. həmin Məcəllənin
13.3-cü maddəsinin ikinci
cümləsində (birinci
və ikinci hallarda) orqan (qurum) dedikdə Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
nəzərdə tutulur;
1.4. həmin Məcəllənin
179-cu və 190.1-ci maddələrində
orqan (qurum) dedikdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar
Respublikası Ədliyyə
Nazirliyinin qeydiyyat şöbələri nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Ailə Məcəlləsində
dəyişiklik edilməsi
haqqında Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
864-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ı 3 (I kitab),
maddə 164; 2002, ı 7, maddə
412, ı 8, maddə 478, ı 12, maddə
716; 2003, ı 6, maddə 290; 2004, ı 7, maddə 526; 2006, ı 12, maddə
1034; 2007, ı 3, maddə 226, ı 11, maddə 1105; 2010, ı 5, maddə
393, ı 7, maddə 613, ı 8, maddə
722; 2019, ı 5, maddə 818, ı 12, maddə 1930; 2021, ı 6 (I kitab),
maddə 565; 2022, ı 1, maddə
30; 2023, ı 1, maddə 85, ı 3, maddə 348) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bəndə Məcəlləsinin sözündən
sonra 13.3-cü maddəsinin
ikinci cümləsində
(hər üç halda), 23.3, 25.3, sözləri,
186 rəqəmlərindən əvvəl 179, rəqəmləri
və 187.1-1, rəqəmlərindən
sonra 190.1, 190.2, rəqəmləri
əlavə edilsin;
3.2. 2.2-ci bəndə Məcəllənin sözündən
sonra 13.1, 13.5-ci maddələrində,
sözləri əlavə
edilsin;
3.3. 2.3-1-ci bəndə Məcəllənin sözündən
sonra 13.3-cü maddəsinin
ikinci cümləsində
(üçüncü halda),
23.3, 25.3, sözləri, 187.1-1, rəqəmlərindən sonra
190.2, rəqəmləri əlavə
edilsin;
3.4. 2.4-cü bənddən 23.3,,
25.3, və 179, rəqəmləri
çıxarılsın;
3.5. 2.4-1-ci bənddə 195.2-ci (ikinci halda) maddəsində
sözləri 179, 190.1 və
195.2-ci (ikinci halda) maddələrində sözləri
ilə əvəz edilsin;
3.6. 2.12-2-ci bəndə Məcəllənin sözündən
sonra 13.3-cü maddəsinin
ikinci cümləsində
(birinci və ikinci hallarda), sözləri əlavə
edilsin;
3.7. 2.17-ci bəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 2.18-ci bənd
əlavə edilsin:
2.18. həmin Məcəllənin
13.4-cü maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
və Naxçıvan
Muxtar Respublikasının
ərazisində Naxçıvan
Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri,
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin xaricdəki
konsulluq idarələri,
rayon tabeli şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə
rayon, şəhər,
şəhər rayonu
icra hakimiyyətlərinin
nümayəndəlikləri həyata keçirirlər..
4. Azərbaycan Respublikasının
Ailə Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında Azərbaycan
Respublikasının 2014-cü il 17 oktyabr tarixli
1080-IVQD nömrəli Qanununun
tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
15 dekabr tarixli 389 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ı 12, maddə 1543) 3-cü hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2023-cü il
Azərbaycan. - 2023.- 1 iyun.- S.5.