Zəngilanda
Ekoloji məsələlər
üzrə İşçi
Qrupunun iclası keçirildi
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün
yaradılmış Əlaqələndirmə
Qərargahının nəzdində
fəaliyyət göstərən
İdarələrarası Mərkəzinin
Ekoloji məsələlər
üzrə İşçi
Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.
İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının
nümayəndələri və
Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Qubadlı,
Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin,
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin,
Şuşa şəhəri
Dövlət Qoruq İdarəsinin, Qarabağ
İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları
iştirak edib.
İşçi Qrupunun
rəhbəri, ekologiya
və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov Nazirlik tərəfindən Zəngilan
və Qubadlı rayonları ərazisində
həyata keçirilən
ekoloji tədbirlər,
o cümlədən meşəbərpa
və yeni yaşıllıq sahələrinin
salınması tədbirləri,
xüsusi mühafizə
olunan təbiət əraziləri, eləcə
də Bəsitçay
Dövlət Təbiət
Qoruğunun fəaliyyətinin
təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər,
Qoruq ərazisində aparılmış çöl-tədqiqat
işləri, flora və fauna növlərinin
öyrənilməsi barədə
qısa məlumat verib. Belə ki, məhv edilmiş
yaşıllıqların bərpası
məqsədilə həmin
ərazilərin torpaq-iqlim
şəraitinə uyğun
ümumilikdə 160 hektara
yaxın sahədə
124 000 ədəd ağac
tingi əkilmiş (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac,
meliya, akasiya və s) və 3000 kq palıd və
şərq çinarı
toxumu səpilib. Yeni salınmış yaşıllıqların suvarılmasının
təmin edilməsi məqsədilə Zəngilan
şəhərinin girişində
55 ha ərazidə damcılı suvarma sistemi qurulub və həmin yaşıllıqlara mütəmadi
qaydada aqrotexniki xidmətlər göstərilir
və suvarılması
təmin olunur.
Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi
Vahid Hacıyev öz təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm də iqtisadi cəhətdən,
o cümlədən mədən
sənayesi, kənd təsərrüfatı, logistika,
alternativ enerji, turizm sahələrinin inkişafı üçün
geniş imkanlara malik bir ərazi
olduğunu qeyd edib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə
bərk məişət
tullantılarının idarə
olunması barədə
iştirakçılara məlumat
verilib. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə
əlaqədar “Təmiz
Şəhər” ASC tərəfindən
Zəngilan poliqonu ərazisində 3 ədəd
müvəqqəti tullantı
hücrəsi hazırlanmış
və tullantıların
zərərsizləşdirilməsi təşkil olunub. “Təmiz Şəhər”
ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılmış
və yerli sakinlər işlə təmin olunub. Hazırda Ağalı kəndində məişət
tullantılarının gündəlik
daşınması üçün
8 meydançada 35 konteyner
yerləşdirilib. Zəngilan
poliqonunda hazırlanmış
müvəqqəti tullantı
hücrələrində tullantıların
zərərsizləşdirilməsi prosesi davam etdirilib.
İclasda aidiyyəti
dövlət qurumlarının
mütəxəssisləri ilə birgə Oxçuçayda aparılmış
fiziki-kimyəvi və
bioloji monitorinqlərin
nəticələri əsasında
hazırlanmış təkliflər
barədə iştirakçılara
məlumat verilib. Birgə monitorinqlər nəticəsində Oxçuçayın
suyunun keyfiyyətinin nisbətən yaxşılaşdırılması
və ondan müxtəlif sahələrdə
istifadə üçün
metodologiya işlənib
hazırlanıb.
İclasda Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində,
o cümlədən Oxçuçay
üzərində (Sayıflı,
Sarıqışlaq, Zəngilan
və Cahangirbəyli)
Kiçik Su Elektrik Stansiyalarının
tikintisi ilə bağlı ekoloji tarazlığın qorunması,
ətraf mühitin mühafizəsi məsələləri
müzakirə olunub.
Zəngilan, Qubadlı
və Cəbrayıl rayonlarının ərazisində
yayılmış faydalı
qazıntı yataqları
barədə, eləcə
də işğaldan azad edilmiş ərazilərin yenidənqurma
və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi
üçün bu ərazilərdə yerləşən
ümumi yayılmış
faydalı qazıntı
yataqlarından istifadə
qaydaları barədə
iştirakçılara məlumat
verilib.
Bundan başqa İşçi Qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi layihələri, bu ərazilərdə mövcud olan meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlaşdırılan birgə tədbirlər, Zəngilan rayonunun biomüxtəlifliyinin tədqiqi üzrə aparılan monitorinqlər haqqında məlumat verilib.
Azərbaycan.-2023.-
3 iyun.- S.3.