Azərbaycan
bir daha dəyişməz mövqeyini
ortaya qoydu
Moldovada keçirilən qeyri-formal
görüş Brüsseldə
baş tutacaq danışıqlara müsbət
təsir edə bilər
Prezident İlham
Əliyev "Avropa Siyasi Birliyi"nin 2-ci Zirvə toplantısında
iştirak etmək üçün Moldovaya səfəri çərçivəsində
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla növbəti görüşünü
keçirib. Bundan başqa, paytaxt Kişineuda qeyri-rəsmi formatda beştərəfli
görüş də
baş tutub ki, burada Almaniya
Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron da iştirak ediblər.
Qeyri-formal görüşdə
qərara alınıb
ki, iyulun 21-də Brüsseldə üçtərəfli
görüş keçirilsin
və bu dövr ərzində Azərbaycan və Ermənistan XİN başçıları
arasında Vaşinqtonda
növbəti görüş
reallaşsın. Bildirilib
ki, Vaşinqtonda əsas danışıqlar
sülh müqaviləsi
ilə bağlı olacaq. Görüşdə
bir daha sülh müqaviləsi üzrə danışıqların
intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Tərəflər arasındakı
görüşlərdən sonra Şarl Mişel mətbuata açıqlamasında qeyd
edib ki, bu dəfə təhlükəsizlik, sərhədlərin
delimitasiyası və
sülh sazişi müzakirə mözvusu olub. O, bu görüşün
Brüsseldə keçiriləcək
növbəti danışıqlar
üçün çox
yaxşı hazırlıq
olduğunu bəyan edib. Eyni zamanda
Aİ Şurasının rəhbəri
Prezident Əliyev və Baş nazir Paşinyanı, Kansler Şolts və Makronu İspaniyada keçiriləcək
növbəti "Avropa
Siyasi Birliyi"nin sammiti çərçivəsində
bir daha görüşə dəvət
edib.
Kişineuda keçirilmiş
qeyri-rəsmi görüşlə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Görüşlərin intensivləşməsi mövqeləri
yaxınlaşdırmağa imkan verir
Son dövrlərdə
Azərbaycan və Ermənistan tərəflərinin
görüşlərinin intensivləşməsinə
toxunan Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki,
bu, ilk növbədə
Azərbaycanın prinsipial
mövqeyi ilə bağlıdır.
Deputat bildirib ki, Azərbaycan ərazi bütövlüyünü
təmin edib. Laçında sərhəd-buraxılış
məntəqəsi qurulmaqla,
sərhədlərimizin möhkəmliyi
təmin edilib.
Azərbaycanın "Dağlıq Qarabağ"
probleminin olmadığını
və öz ərazisində suveren hüquqlara malik olduğunu dəfələrlə
bəyan etdiyini vurğulayan deputat dedi ki, ölkəmiz
Ermənistanla sülh
müqaviləsinin imzalanması
üçün beynəlxalq
hüquqa əsaslanan
5 şərt irəli
sürüb: "Ermənistan bir müddət bizim mövqeyimizə mənfi münasibət bəsləsə də, son dövrlərdə ölkəmizin ərazi bütövlüyünü tanıdığını
və sülh müqaviləsi imzalamağa
hazır olduğunu bildirib. O da var ki, Ermənistan
rəhbərliyinin bəyanatları
ilə hərəkətləri
çox zaman ziddiyyət təşkil edir. Azərbaycanı maraqlandıran isə dəqiq hərəkət
və nəticədir".
Aydın Mirzəzadənin
fikrincə, Azərbaycan
və Ermənistan liderləri arasında görüşlərin tez-tez
keçirilməsi mövqeləri
yaxınlaşdırmağa, ölkəmizin prinsipial tələblərini bir daha Ermənistana və onu müdafiə
edən beynəlxalq dairələrə çatdırmağa
imkan verir. Ermənistan artıq bilir ki, Azərbaycan
torpaqlarının bir
qarışını belə,
heç kəsə güzəştə getməyəcək.
Ölkəmiz daxili məsələlərini özü
həll etmək iqtidarındadır.
A.Mirzəzadə bildirib
ki, Kişineuda keçirilmiş görüş
bir daha mövqeləri öyrənməyə
imkan verdi. Azərbaycanın təkliflərinin
hər iki tərəf üçün
faydalı olduğu anlaşıldı: "Qeyri-formal
görüşdə Avropanın
üç tanınmış
dövlət xadiminin iştirak etməsi Azərbaycan və Ermənistan məsələsinin
dünya siyasətinin
mərkəzində olduğunu,
ölkəmizin mövqeyinə
hörmətlə yanaşıldığını
göstərir. Görüşdən
sonra kimin nə cür bəyanat verməsinin əhəmiyyəti yoxdur. Azərbaycan öz mövqeyində qalır və müdafiə edir. Cənab Prezident dəfələrlə bildirib
ki, əgər Ermənistan sülh istəmirsə, Azərbaycan
onsuz da yaşaya bilər. Sülh sazişi ilk növbədə Ermənistana lazımdır".
Deputatın sözlərinə
görə, sülh sazişi ətrafında keçirilən bütün
görüşlərdə səslənən fikirlər
artıq ümumi bəyanatlardan konkret məsələlərə keçmək
zərurətini göstərir.
Azərbaycanın təklif
etdiyi variant Ermənistanın özünü
saldığı böhrandan
qurtarmağa, Zəngəzur
dəhlizi vasitəsilə
dövlət büdcəsinə
böyük sərmayənin
daxil olmasına, ən əsası ölkəmizin kommunikasiyalarından
istifadə etməklə
dünyaya çıxışına
kömək edəcək:
"Azərbaycanın mövqeyi
qətidir. Ermənistan
bunu bilməli və beynəlxalq
prinsiplərə əsaslanaraq
hüquqlarımızı tanımalıdır.
Azərbaycanın tələbi
budur və bu mövqeyi Prezident İlham Əliyev dəfələrlə
bildirib. Moldovadakı görüşdə də
bunun bir daha iştirakçılara
bəyan edildiyi aydın olur".
Sülh sazişinə
daha da yaxınlaşmışıq
Milli Məclisin
deputatı Tahir Kərimli bildirdi ki, Kişineu görüşü pozitiv
atmosferdə məhsuldar
keçdi. Görüşdə
Şarl Mişelin vasitəçiliyi ilə
danışıqların Brüsseldə
davam etdirilməsi qərara alınıb. Bu görüşdə qeyri-formal olaraq Fransa Prezidenti və Almaniya kansleri iştirak edib: "Görüşdə
Almaniya və Fransa iştirak etsə də, ABŞ yox idi. Ona
görə Brüssel
görüşünə qədər
XİN rəhbərlərinin Vaşinqtonda görüşü
nəzərdə tutulub.
İyunun 1-də Moskvada
Baş nazir müavinlərinin də üçtərəfli görüşü
keçirilib".
Deputat deyib ki, Avropa İttifaqı
Azərbaycanın Rusiya
platformasından mümkün
qədər kənarda
qalmasında maraqlıdır.
Azərbaycanın milli
maraqları ilə bağlı mövqeyində
qətiyyətli olduğunu
bildirən T.Kərimli
dedi: "Azərbaycan
Kişineuda da müstəqil mövqeyini
bir daha ortaya qoydu. Hesab
edirəm ki, sülh sazişinə daha da yaxınlaşmışıq.
İyulun 21-də bu sazişin imzalanması mümkün ola bilər. Kişineudakı
görüş qeyri-rəsmi
idi və bu vaxta qədər
bir sıra mübahisəli məsələlərə
baxılmışdı".
Deputat hesab edir ki, Aİ burada əlaqələndirmə
işi ilə məşğul olduğuna
görə onun fəaliyyəti faydalıdır
və koordinasiyanın
nəticəsi uğurlu
ola bilər: "Azərbaycan sülh arzulayır. Cənubi Qafqazın sülhə ehtiyacı var. Bunu region ölkələri
də bilir. Düşünürəm ki,
qeyri-formal olsa da, bu görüşün
təsiri müsbət
olacaq".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
3 iyun.- S.5.