“Hüquqlarım
məni qoruyur: parlament müzakirəsi uşaqların gözü
ilə” mövzusunda dinləmə keçirilib
İyunun 2-də Ailə,
qadın və uşaq məsələləri
komitəsi və Səhiyyə komitəsinin
uşaq hüquqları
ilə bağlı birgə dinləməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 1 İyun
- Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə
həsr olunan “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların
gözü ilə” mövzusunda dinləmədə
çıxış edən
Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri Hicran Hüseynova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş
dövlət uşaq siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı
və diqqəti nəticəsində daha da inkişaf etdirildiyini söyləyib.
O, ölkəmizdə uşaq
hüquqlarının müdafiəsinin
dövlət siyasətinin
prioritetlərindən olduğunu
qeyd edib, bu istiqamətdə həyata keçirilən
tədbirlərdən, qanunvericilik
bazasının təkmilləşdirilməsindən
danışıb.
Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov Azərbaycanda
uşaq siyasətinin əsasının Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulduğunu qeyd edib. O, ölkəmizdə
uşaq hüquqlarının
qorunması istiqamətində
həyata keçirilən
çoxşaxəli təşəbbüslərin
uğurla reallaşdırılmasında
Heydər Əliyev Fondunun böyük işlər gördüyünü
qeyd edib.
Əhliman Əmiraslanov
uşaqların sağlamlıqlarının
qorunmasını daim diqqət mərkəzində
saxlayan Azərbaycan dövlətinin son illər bu sahədə
mühüm nailiyyətlər
əldə etməsini
diqqətə çatdırıb,
uşaqların sağlamlığının
icbari tibbi sığorta ilə təminata alınmasından,
onların fiziki sağlam böyümələri
üçün yaradılan
maddi-texniki bazadan bəhs edib.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Aynur Sofiyeva dövlət uşaq siyasəti, bu istiqamətdə həyata
keçirilən dövlət
proqramları, regionlarda
uşaqların inkişafı
və hüquqlarının
qorunması istiqamətində
görülən işlər
barədə məlumat
verib.
Dinləmədə çıxış
edən Ailə, qadın və uşaq məsələləri
komitəsi sədrinin
müavini Jalə Əliyeva, deputatlar Sədaqət Vəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Kamilə Əliyeva, Sevil Mikayılova, Ramin Məmmədov ölkəmizdə uşaq
hüquqlarının etibarlı
təminat mexanizmlərinin,
uşaqların inkişafı
üçün hərtərəfli
şəraitin yaradılmasından
söz açıblar.
Deputatlar XXI əsrin gənclik qarşısında
qoyduğu vəzifələr,
bütün uşaqlar
üçün müasir
texnologiyalardan təhlükəsiz
istifadə və digər mövzularda fikirlərini bildiriblər.
Tədbirdə IV və
V Respublika Uşaq forumlarının
iştirakçıları - Aytac Adıgözəlova,
Məryəm Hacıyeva,
Mətləb Orucov, Sona Mirzəyeva, Fatimə Hüseynova, Ramiq Cəbiyev, Nərgiz Adıgözəlova
çıxış edərək,
fəaliyyətləri, qazandıqları
nailiyyətlər barədə
məlumat veriblər.
Onlar göstərilən
yüksək diqqət
və qayğıya, keçirilən dinləməyə
görə minnətdarlıqlarını
bildiriblər, bundan sonra da yüksək
səylə çalışacaqlarını
diqqətə çatdırıblar.
Dinləmədən sonra tədbirdə iştirak edən uşaqlar parlamentin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla anıb, dahi rəhbərin 100 illiyinə həsr edilmiş fotostend və “Zəfər guşəsi” ilə də tanış olublar, Milli Məclisin plenar iclas zalına baxış keçiriblər.
Azərbaycan.-2023.- 3 iyun.- S.4.