Şuşa doğma sakinlərini qarşılamağa hazırlaşır

 

Bu ilin sonundan etibarən mədəniyyət paytaxtımıza 1500 nəfərin köçürülməsi planlaşdırılıb

 

Vətən müharibəsi sayəsində misilsiz qəhrəmanlıqla azadlığına qovuşdurulan 271 illik əzəmətli tarixə malik qədim şəhərimiz Şuşa sürətlə dirçəldilir, tarixi şan-şöhrəti özünə qaytarılır. Eləcə şuşalıların doğma yurda dönüşü üçün mükəmməl hazırlıq görülür.

Hələ 2021-ci ilin yanvarında Zəfər yolu ilə Şuşaya səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Natəvanın, Üzeyir bəyin, Bülbülün büstlərini özü ilə bərabər qədim şəhərimizə qaytararaq rəmzi olaraq Şuşanın əbədi olaraq doğma sakinlərinə qovuşdurulacağının müjdəsini vermişdi.

Artıq bu ilin sonundan xalqımız həmin qürurlu anların şahidinə çevriləcək, tezliklə zəfər qalamızdan şuşalıların xoş sədası yüksələcək.

 

Tarixlə müasirliyin çuğlaşdığı unikal məkan

 

2021-ci il mayın 7-də dövlət başçısı İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Prezidentin imzaladığı sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği başlıca məqsədlər kimi müəyyən olundu.

Tarixi qərardan dərhal sonra, ötən il mayın 12-si 13-də Şuşada yenidən keçirilən "Xarıbülbül" Musiqi Festivalı mədəniyyət paytaxtımızın şan-şöhrətinin özünə qaytarıldığının ilk carçısı oldu bununla da qala şəhərimizdə mədəni həyat öz axarına düşdü. Eyni zamanda Pənahəli xanın yüz illər əvvəl təməlini qoyduğu bu qədim şəhər beynəlxalq tədbirlərə, konfranslara mütəmadi evsahibliyi edən möhtəşəm ünvana çevrildi.

İşğaldan azad edilmiş ərazilərimiz arasında ən genişmiqyaslı bərpa işləri məhz Şuşada aparılır tarixi şəhərimizə əzəli sakinlərinin əbədi qayıdışına sürətli hazırlıq işləri həyata keçirilir.

Qarabağın mirvarisinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur.

 

Şuşa şəhərinə qazın çəkilişi ilə bağlı qərar verilib

 

"Böyük qayıdış" Dövlət Proqramı çərçivəsində keçmiş sakinlərin Şuşaya qayıtmasını onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq 23 bina, 450 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə start verilib.

Bununla bağlı Prezidentin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, 23 bina layihəsinə uyğun olaraq 2023-cü ilin sonundan etibarən 450 mənzilə təxminən 1 500 nəfərin köçürülməsi nəzərdə tutulur.

Əlavə olaraq, ümumtəhsil məktəbinin Rayon Mərkəzi Xəstəxanasının inşası davam etdirilir. Keçmiş poçt binasının əsaslı təmirinə başlanılıb. Özündə ASAN, DOST, KOB-u birləşdirəcək. Bu layihənin yekunlaşdırılması 2023-cü ilin sonlarına planlaşdırılır.

Həmçinin Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov  məlumat verib ki, Şuşa şəhərinə qazın çəkilişi uzun müddət idi müzakirə olunurdu. Yekunda qərar verilib ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək 5 ana magistral qaz kəmərindən biri Şuşa istiqamətində yönəldiləcək.

 

Uğurlu təməllər, mühüm açılışlar

 

Hazırda Heydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımızda tarixi, mədəni, dini abidələr bərpa olunur, əvvəlki görkəminə qaytarılır.

Qarabağın incisi Şuşada həyata keçirilən kompleks xarakterli bütün işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında gerçəkləşdirilir. Qurucu lider

İlham Əliyev işğaldan azad edilən bütün ərazilərə, o cümlədən Şuşaya mütəmadi səfərlər edərək görülən işlərin gedişatı ilə yerindəcə tanış olur.

Elə cari ilin may ayının ilk ongünlüyü ərzində yolunu Qarabağ Şərqi Zəngəzurdan salan İlham Əliyev zəfər qalamızda aparılan quruculuq-bərpa işləri ilə yaxından tanış oldu, sosial-iqtisadi obyektlərin yeni açılışlarını etdi, bünövrələr qoydu.

Mayın 8-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış oldular, Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak etdilər.

Mayın 9-da ölkə rəhbəri birinci xanım "Azərişıq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin Atatürk küçəsinin, Molla Pənah Vaqif Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışını etdilər. Dövlət başçımız Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoydu. Qarabağ Sadıqcan küçələrində, Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə Prezidentə məlumat verildi.

Prezident Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpaolunan məzarını ziyarət etdi.

 

Həyat axarına düşür 

 

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Şuşadan xalqa müraciətindən sonra da dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə bir sıra açılış təməlqoyma mərasimlərində iştirak etdi.

Həmin gün Heydər Əliyev 8 Noyabr küçələrinin kəsişməsində, Xurşidbanu Natəvan Zəfər, Qarabağ Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin, Dəmir yumruq küçəsinin lövhəsinin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin, Yuxarı Gövhər ağa, Saatlı məscidlərinin Milli Xalça Muzeyinin Şuşa filialının açılışları oldu.

Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyan ölkə Prezidenti 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma təmir işləri ilə tanış oldu.

Mədəniyyət paytaxtımızda həyata keçirilən istər bərpa-quruculuq, istərsə mədəniyyət sahəsində görülən hərtərəfli işlərlə bağlı gətirdiyimiz nümunələrdən   göründüyü kimi, zəfər qalamız sürətlə dirçəlir, tarixi əzəmətinə qovuşur. Bu ondan xəbər verir ki, tezliklə şuşalıların da yurd həsrəti bitəcək.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 3 iyun.- S.6.