Bakı
Enerji Forumunun ikinci günü maraqlı müzakirələrlə
yadda qaldı
Bakı Enerji Forumunun ikinci günündə Xəzər
regionunda kəşfiyyat
və hasilat imkanları, təhlükəsizliyin
gücləndirilməsi ilə
dayanıqlı inkişafın
təmin edilməsi, uğurlu enerji keçidində insan kapitalının rolu, enerji sektorunda texnoloji innovasiyalar, yaşıl enerji və xalis sıfır
emissiya mövzuları
müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
Yusifzadə çıxışında
Ulu Öndər Heydər Əliyevin neft-qaz sənayesinin inkişafındakı xidmətlərindən
danışıb. Bildirib
ki, Heydər Əliyev hələ
1970-ci illərdə ölkəmizin
neft-qaz sənayesinə
xüsusi qayğı
ilə yanaşıb,
mövcud vəziyyətlə
tanış olub və qarşıda duran məsələləri
həll etməyə başlayıb: “Qısa zaman ərzində dünyada məşhur olan üzən qazma qurğuları və digər istiqamətlərdə işləməyə
imkan verən qurğular əldə edildi. Bu qurğuların
sayı 11-ə çatdırıldı.
Azərbaycan üçün
75 növdə 400-dən çox
gəmi alındı.
Bu, çox böyük inkişaf idi. Bu nailiyyətlərdən
sonra yataqlar kəşf edilməyə
başlandı. Dünyada
məşhur olan “Azəri-Çıraq-Günəşli”
(AÇG) neft-qaz yataqlarının
“Günəşli” hissəsi
1979-cu ildə, “Çıraq”
hissəsi 1985-ci ildə,
“Azəri” hissəsi
1987-ci ildə kəşf
edildi. Bu yataqlarla bərabər bir sıra kiçik
platformalar aşkar edildi. Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan
müstəqil olacaq, ona görə də sovet dövründə
Azərbaycanın neft
sənayesini daim diqqətdə saxlayırdı.
Sovet dövründə
neft sənayemizdə müəyyən işlər
görülmüşdü və işləmək üçün şərait
yaradılmışdı”.
X.Yusifzadə vurğulayıb
ki, “Azəri-Çıraq-Günəşli”
sovet dövründə
kəşf edilsə də, tam dərinliklərində
iş aparılmırdı:
“Ölkəmiz müstəqil
olandan sonra istəyirdik ki, yataqların birgə işlənməsi ilə
bağlı xariciləri
dəvət edək. Bir çoxları hesab edirdi ki,
bizim sovet dövründən neft sənayesində təcrübəmiz
var, xariciləri niyə dəvət etməliyik? Xarici şirkətləri dəvət
etmək qəbahətli
iş deyildi. Çünki dünyada belə təcrübə çoxdur. Heydər Əliyevlə məsləhətləşəndən
sonra belə qərara gəlindi ki, xarici şirkətləri
dəvət edək və onlarla birgə işləyək.
Tender elan edildi, əsasən
ABŞ, İngiltərə, Türkiyə şirkətləri
ölkəmizə gəlməyə
başladılar. Danışıqlar
Bakıda, İstanbulda,
ABŞ-ın Hyuston şəhərində keçirilirdi
və asan getmirdi, bizim xarici şirkətlərlə
danışıq aparmaqla
bağlı geniş təcrübəmiz yox idi.
İlham Əliyev
həmin dövrdə
Dövlət Neft Şirkətində çalışırdı.
Onun xarici dilləri bilməsi, xaricdə təhsil alması işin gedişinə çox kömək etdi. Vaşinqtonda görüş
zamanı qarşı
tərəf bildirdi ki, Azərbaycan Rusiya ilə Xəzər dənizinin statusu məsələsini
həll etməlidir. Hələ o vaxt
1994-cü il idi. Həmin vaxt mən Heydər Əliyevə zəng vurdum və qarşı tərəfin
istəyini məruzə
etdim. Heydər Əliyev İlham Əliyevi Vaşinqtona göndərdi, bu məsələni həll
etdi. Biz ümumi razılığa
gəldik. Beləliklə,
1994-cü il sentyabrın
20-də “Əsrin müqaviləs”inin imzalanmasına
nail olduq. Rusiya ilə Xəzər dənizinin statusu ilə bağlı məsələni
isə 2002-ci ildə həll etdik.
“Əsrin müqaviləsi”nin Azərbaycana
çox xeyri oldu. Dünyanın aparıcı dövlət
və şirkətləri
bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət
və etibarlı tərəfdaşdır. Saziş
imzalandıqdan sonra xarici şirkətlər daha 35 sazişə imza atdılar. Müqavilənin iqtisadi əhəmiyyəti isə
o oldu ki, Azərbaycanın neft sənayesinin hasilatı ən aşağı səviyyədən - 1997-ci ildə
9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı”.
Diqqətə çatdırılıb
ki, cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat
yatağından 192 milyard
kubmetr qaz hasil edilib. Bu günə qədər yataqdan 41 milyon ton kondensat da hasil olunub. Yatağın
qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir. Həmçinin
"Azəri-Çıraq-Günəşli"
(AÇG) neft-qaz yataqları
blokunun işlənilməsinə
başlanılandan mayın
1-dək 573 milyon ton neft
hasil edilib. İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil olunub.
İndiyədək AÇG-də hasil edilən
neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət
neftinin payına düşüb. Azərbaycanda
hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan”
kəməri vasitəsilə
dünya bazarlarına
çıxarılıb.
Daha sonra
SOCAR-ın vitse-prezidenti
Xalik Məmmədov yaşıl enerjiyə keçidi sürətləndirmək,
keçid prosesini effektiv etmək və gələcəkdə
ölkənin yaşıl
iqtisadiyyatını səmərəli
şəkildə idarə
edə bilmək üçün yüksəkixtisaslı
kadrların, mütəxəssislərin
və mühəndislərin
hazırlanmasına ciddi
ehtiyac olduğunu qeyd edib.
O bildirib
ki, iqlim dəyişikliyi
və digər qlobal çağırışlar
fonunda SOCAR neft-qaz sənayesində zəngin
təcrübədən istifadə
etməklə gələcək
inkişaf çərçivəsində
bioyanacaq və hidrogen kimi digər
aşağı karbonlu
biznes fəaliyyətlərində
iştirakı nəzərdə
tutur: “Bərpaolunan enerji sektorunun inkişafı bu sektorda məşğulluq
imkanlarını artırır.
Təbii ki, əmək
bazarı və təhsil müəssisələri
bu artıma hazır olmalıdır. Bərpaolunan enerji sektorunda işçi sayı 2020-ci ildə dünya üzrə 12 milyon, 2021-ci ildə 12 milyon 700 min nəfər qeydə alınmışdısa,
2050-ci ildə bu rəqəmin 43 milyona çatacağı gözlənilir”.
Xalik Məmmədov
vurğulayıb ki, işğaldan
azad olunmuş ərazilərdə aparılan
quruculuq işlərində
məhz yaşıl enerji layihələrinə
üstünlük verilib.
Həmin ərazilərdə
günəş enerjisi
potensialı 7200 meqavat
və külək enerjisi potensialı isə 2000 meqavat olaraq müəyyən edilib.
O, həmçinin qeyd edib ki, yaşıl və rəqəmsal enerji texnologiyalarının
tətbiqi, bərpaolunan
enerji resurslarından istifadənin genişləndirilməsi
və enerji təhlükəsizliyinin gücləndirilməsi
üçün innovativ
ideyaları artırmaq
məqsədilə innovasiya
startaplarının sayının
artırılması düşünülür.
"TotalEnergies"in Azərbaycan
üzrə idarəedici
regional direktoru Regis Aqut
şirkətin 2024-cü ildə
“Abşeron” yatağında
hasilata başlamağı
planlaşdırdığını diqqətə çatdırıb.
Onun sözlərinə
görə, şirkət
“yaşıl” texnologiyalardan
istifadə etməklə
və minimum karbon emissiyası ilə mədən proseslərini
həyata keçirməyi
nəzərdə tutur:
"Bütün bunlar
bizə neft hasilatının davamlılığına
və təhlükəsizliyinə
nail olmağa imkan verəcək. Biz baş ofisimizdə "Smart Home Data Center" işləyib hazırlamışıq,
burada qazma prosesini və səmərəliliyini izləyirik.
Bu məlumat mərkəzi
bizə dünyada olan bütün “TotalEnergies” yataqlarını
izləməyə imkan
verir”.
Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dördüncü
Sənaye İnqilabının
Təhlili və Koordinasiyası Mərkəzi
(4SIM) ilə "Iteca
Caspian" şirkəti arasında
əməkdaşlıq memorandumu
imzalanıb. Sənədi
Dördüncü Sənaye
İnqilabının Təhlili
və Koordinasiya Mərkəzinin icraçı
direktor vəzifəsini
icra edən Fariz Cəfərov və “Iteca Caspian” şirkətinin
baş direktoru Fərid Məmmədov imzalayıblar.
Forum iyunun 3-də Naxçıvan
şəhərində “Naxçıvan
və Şərqi Zəngəzurun yaşıl
enerji potensialı” mövzusunda xüsusi sessiya ilə öz işini davam etdirəcək.
Azərbaycan.-2023.-
3 iyun.- S.7.