Bakı Enerji Forumunun ikinci günü maraqlı müzakirələrlə
yadda qaldı
İyunun 2-də Bakı
Konqres Mərkəzində
1-ci “Xəzər Beynəlxalq
Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum ölkəmizdə baş
tutan 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Translogistica Caspian” sərgisi
çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq
forumda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış
edərək işğaldan
azad edilmiş ərazilərdə dağılmış
nəqliyyat infrastrukturunun
yenidən qurulması,
yeni avtomobil, dəmir yollarının inşası istiqamətində
mühüm işlərin
görüldüyünü bildirib. Nazir müavini vurğulayıb
ki, Zəngəzur dəhlizi üzərindən,
Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında reallaşdırılan
regional kommunikasiya layihələri, işğaldan
azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf,
Azərbaycanın Cənubi
Qafqazda sülh və əməkdaşlıq
erasını təşviq
etməsi üçün
geniş imkanlar yaradır.
Diqqətə çatdırıb
ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhün bərqərar olunması ilə yanaşı, təchizat zəncirinin təhlükəsizliyi üçün
böyük əhəmiyyət
kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə
Regional Nəqliyyat Baş
Planı hazırlanıb
və planın icrası istiqamətində
mühüm işlər
həyata keçirilib.
Baş plana əsasən həyata keçirilən layihələr
sırasında Horadiz-Ağbəndə
dəmir yolları layihəsi mühüm əhəmiyyət kəsb
edir. Həmin layihələrin 2024-cü ilin
sonuna qədər yekunlaşması planlaşdırılır.
Daha sonra çıxış edən
Dövlət Gömrük
Komitəsinin (DGK) sədr
müavini Natiq Şirinov bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismarından sonra Çindən Avropaya, o cümlədən əks istiqamətdə daşınan
yüklərin çatdırılma
müddəti dəniz
daşımalarına nisbətən
üç dəfəyədək
qısalıb və bunun nəticəsində son illərdə bu marşrut üzrə ticarət həcmi xeyli artıb. O qeyd edib ki, bu
xüsusda ötən
ilin avqustun 18-də “Azərbaycan Respublikası
Hökuməti, Gürcüstan
Hökuməti və Türkiyə Respublikası
Hökuməti arasında
Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması
üçün ilkin
məlumat mübadiləsinə
dair Saziş” imzalanıb.
Onun sözlərinə
görə, Orta Dəhliz üzərindən
daşımaların artan
dinamikası marşrut
üzərində yerləşən
ölkələrdə tranzit
prosedurlarının sadələşdirilməsini
və vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri
edir. Bu səbəbdən Orta Dəhliz marşrutu üzərində yerləşən
ölkələrin gömrük
orqanlarını rəqəmsal
həllərə əsaslanmaqla
vahid informasiya məkanında birləşdirən
tranzit portalının
yaradılması məqsədilə
DGK-nın təşəbbüsü
ilə cari ilin 14-15 mart tarixlərində Bakı şəhərində Transxəzər
beynəlxalq "Şərq-Qərb"
Orta Dəhliz boyu nəqliyyat əməliyyatlarının asanlaşdırılması,
onun tranzit potensialının artırılması,
həmçinin regional
və beynəlxalq nəqliyyat sistemlərinə
inteqrasiyanın təmin
edilməsi üçün
Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Özbəkistan,
Tacikistan, Türkmənistan,
Qırğızıstan və
Türkiyənin gömrük
rəhbərlərinin və
nümayəndələrinin görüşü təşkil
edilib. Orta Dəhliz üzərindən
daşımaların artan
dinamikası marşrut
üzərində yerləşən
ölkələrdə tranzit
prosedurlarının sadələşdirilməsini
və vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri
edir.
Forumda çıxış
edən İqtisadiyyat
Nazirliyinin Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi
sədrinin birinci müavini Natiq Həsənov son 20 il ərzində Azərbaycanda nəqliyyat sektoruna böyük investisiyalar yatırdığını
qeyd edib. Azərbaycan dövlət olaraq nəqliyyat infrastrukturunu yaxşılaşdırıb.
“Azərbaycanda 70 mindən
çox KOB subyekti nəqliyyat, anbar təsərrüfatı, logistika
sektorunda fəaliyyət
göstərir və bunların yaratmış olduğu əlavə dəyər 1 milyard manatdan çoxdur. Bu rəqəmi qənaətbəxş olaraq
qəbul etmirik. Burada KOB subyektləri üçün kifayət
qədər geniş imkanlar mövcuddur. Nəqliyyat layihələrində
KOB subyektlərinin daha
aktiv iştirakına ehtiyac var”, - deyə N.Həsənov vurğulayıb.
Sonra Azərbaycan
Sahibkarlar Konfederasiyasının
vitse-prezidenti Vüqar
Zeynalov çıxış
edərək bildirib ki, ölkədə nəqliyyat-ekspedisiya haqqında
qanun layihəsinin qəbul olunması üzrə işlər tezləşdirilməlidir. Onun
sözlərinə görə,
logistika sahəsində
sığorta məhsullarının
təkmilləşdirilməsinə ciddi ehtiyac var.
O əlavə edib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat-logistika infrastrukturunun
qurulmasında mühüm
tədbirlər həyata
keçirilib. Nəticədə
bəzi geosiyasi hadisələrin də nəticəsində Azərbaycandan
keçən tranzit yüklərin həcmində
ciddi artım baş verib.
O vurğulayıb ki,
Azərbaycan tranzit yüklərin daşınması
üçün tələb
olunan bir areala malikdir və ölkəmizin özəl şirkətləri
də bu potensialı dəyərləndirərək,
bu sahədə yeni iş yerləri
yaratmaq, dövlət büdcəsinə daxilolmalardakı
iştiraklarını artırmaq
üçün yük
zəncirində bəlli
bir paya malik olmağı hədəfləyiblər: “Bu
istiqamətdə gömrük
sahəsində aparılan
islahatların müsbət
nəticələrini xüsusi
vurğulamaq istərdim.
Belə ki, bu gün gömrük-keçid
proseduraları sadələşdirilib,
rəqəmsallaşdırılıb, vaxt itkisinin qarşısı xeyli alınıb. Bununla yanaşı, hesab edirik ki, bu
sahədə bütün
dövlət qurumlarının
vahid bir sistemə inteqrasiyası logistikada mühüm amil olan vaxt
məsələsində mühüm
irəliləyiş yarada
bilər. Yəni, ölkəyə daxil olan yük üzrə
tələb olunan bütün sənədləşmə
və məhsulların
bir sistemdə olması bu sahədə Azərbaycanı
lider mövqeyə çıxara bilər".
“TRACECA” Hökumətlərarası
Komissiyasının Daimi
Katibliyinin Baş katibi Asset Assavbayev isə deyib ki, qaydaların sadələşdirilməsi, gömrük
prosedurları, peşəkar
sürücülər üçün
vizasız keçid və digər xidmətlərin rəqəmsallaşması
üzərində ciddi
iş aparılır.
Qeyd edək ki, Azərbaycanın nəqliyyat-logistika sahəsində
əhəmiyyətli rolu
"Translogistica Caspian” sərgisi
çərçivəsində 1-ci "Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu"nun təşkili zərurətini
yaradıb. Forum nəqliyyat
sektorunun həm yerli, həm də beynəlxalq oyunçular arasında məlumat və təcrübə mübadiləsinin
aparılması, işgüzar
ünsiyyət, netvorking
və etibarlı biznes münasibətlərinin
qurulması, eləcə
də mövcud biznes əlaqələrinin
daha da genişləndirilməsinə
imkan yaradır. Forum maraqlı tərəflər
üçün yeni tərəfdaşlar qazanmaq
və səmərəli
əməkdaşlıqlar formalaşdırmaq
üçün önəmli
platformadır.
Tədbirdə Azərbaycanın
beynəlxalq logistika marşrutlarını birləşdirərək
HUB-a çevrilməsi, tranzit
perspektivləri, logistika
məsrəflərinin optimallaşdırılması,
müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma,
logistika sektorunda insan kapitali, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunub.
Forum çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri keçirilib. "Logistika infrastrukturu", "Tranzit Perspektivləri", eləcə də "İnsan kapitalı, peşə təhsili və təlimi (VET)" üzrə müzakirələr aparılıb.
Azərbaycan.-2023.- 3 iyun.- S.7.