Biz
alman keyfiyyətini Azərbaycana gətirdik
"DÜXTİNQ PUMPEN" şirkəti ölkəmizdə
fəaliyyətini genişləndirməkdə
maraqlıdır
İqtisadiyyatın çox
az sahəsini göstərmək olar ki, orada Almaniyanın
"DÜXTİNQ PUMPEN" şirkətinin
istehsal etdiyi nasoslardan istifadə olunmasın. "Təcrübəyə
söykənən keyfiyyət!"
şüarını rəhbər
tutan bu şirkət öz məhsullarının layihələndirilməsi,
hazırlanması, istismara
verilməsi və necə işləməsinə
nəzarət edilməsi
istiqamətindəki fəaliyyəti
ilə istehlakçıları
daim razı salır.
"DÜXTİNQ PUMPEN"in avadanlıq satdığı
və quraşdırdığı
ölkələrdəki hörməti
onun keyfiyyətə, səmərəliliyə, innovasiyalara
əsaslanan iş siyasətindən irəli
gəlir. Belə ölkələrdən biri
də məhz Azərbaycandır. Şirkətin
ölkəmizlə iqtisadi
əməkdaşlıq əlaqələri
var və onları daha da genişləndirmək istəyir. Elə "Bakı Enerji Həftəsi"ndə iştirak
etməsinin, bu tədbirin mühüm seqmenti olan sərgilərdə
öz ekspozisiyalarını
göstərməsinin əsas
səbəbi də bu idi.
"Bakı-Ekspo" Mərkəzində həmsöhbətimiz
olan "DÜXTİNQ PUMPEN"in
direktorunun Rusiyaya və MDB ölkələrinə
satış üzrə
müavini Oleq Kalabuxov bildirdi ki, paytaxtımıza gələn kimi
"Şimal-2" Elektrik Stansiyasına
baş çəkiblər.
Bu müəssisə ilə artıq yeddi ildir əməkdaşlıq
edirlər. İndiyədək
ortaya heç bir problem çıxmayıb.
Ümumiyyətlə, "Azərenerji"
ASC ilə işləmək
"DÜXTİNQ PUMPEN" üçün
çox xoşdur.
Xatırladaq ki,
"Şimal-2" Elektrik Stansiyası
Prezident İlham Əliyevin iştirakı ilə 2019-cu il sentyabrın 5-də istismara
verilib. 1950-ci illərdə
iki mərhələdə
istifadəyə verilən
"Şimal" Elektrik
Stansiyasının 1988-ci ildə
birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən
istismardan çıxarılmışdı.
1998-ci ildə Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1" Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya
cəlb edilməsinə
nail olmuşdu. Beləliklə, 2000-ci ildə
əsası qoyulan
"Şimal-1" stansiyası 2002-ci ildə istismara verildi. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq
"Şimal-2" Elektrik Stansiyasının
təməli qoyuldu. Stansiyanın tikinti və quraşdırma prosesləri 2019-cu ildə
tamamlandı.
Stansiyanın fəaliyyətinə
aid bir çox
digər məsələlərdən
söhbət açmadan
yalnız onu deyək ki, onun buxar turbinlərinin
kondensatorları və
avadanlıqları Xəzər
dənizindən götürülən
su vasitəsilə soyudulur. Bu məqsədlə
Xəzər dənizindən
140 metr uzunluğunda soyuducu su kanalı,
hovuz, su xətti və ümumi məhsuldarlığı
saatda 52 min kubmetr olan sahil
nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması
üçün boru xətti çəkilib. Stansiyanın texniki və içməli suya tələbatının
təmin edilməsi və su ehtiyatının
yaradılması məqsədilə
ərazidə duzsuzlaşdırma
qurğusu və digər zəruri infrastruktur tikilib. Stansiyanın yanğın
təhlükəsizliyinin təmin
edilməsi üçün
ərazidə müasir
səviyyədə yanğınsöndürmə
sistemi də qurulub. Ətraf mühitin mühafizəsi
məqsədilə stansiyada
əksosmos qurğusu,
xüsusi ekoloji monitorinq sistemi, sənaye və çirkab sularının
təmizlənməsi avadanlıqları
quraşdırılıb.
Alman şirkətinin
rəsmisi öz söhbətində Xəzərdən
suyu götürüb
təmizləyən həmin
qurğulardan danışdı,
maraqlı bir misal göstərdi:
- Biri var ki,
mağazadan hazır paltar alırsan. Biri də var ki, dərziyə
sifariş verib məhz özün istədiyin
ölçüdə, formada paltar tikdirirsən. Biz "Azərenerji"
ilə bax belə işləyirik. Təvazökarlıqdan kənar
çıxmasın, bizim şirkətimiz klassik bir şirkətdir.
Biz anbar üçün işləmirik. Unikal avadanlıq
buraxdığımıza görə daim sifarişlər
alırıq. Çünki alman keyfiyyətini işimizdə
göstəririk.
Oleq Kalabuxov
bildirdi ki, əgər bu avadanlıqlara istər Azərbaycanın,
istərsə də digər ölkələrin müəssisələrində
tələbat olarsa, onlar sifarişləri məmnuniyyətlə
yerinə yetirərlər.
"DÜXTİNQ PUMPEN" neft-qaz və energetika sərgilərində
məhsulları haqqında geniş məlumat təqdim edib. Məhsullar
isə müxtəliftəyinatlıdır. Məsələn, dəm
qazlarını təmizləyən nasoslar yeni unikal və
innovativ texnologiyalarla hazırlandığından Avropada
getdikcə böyük populyarlıq qazanır.
Daha bir məhsul
dağ-mədən sənayesində istifadə olunan nasosdur
ki, onun istehsalına hələ keçən əsrin 50-ci illərindən
başlanıb. Sutəmizləyici, o cümlədən dəniz
suyunu saflaşdıran avadanlıqlar isə 90-cı illərdən
istehlakçılar tərəfindən rəğbətlə
qarşılanıb. İstehsalçılar hər layihəyə
fərdi münasibət göstərdiklərindən bu məhsullar
dünya bazarında yüksək mövqe tutur.
"DÜXTİNQ PUMPEN"nin nasosları öz
keyfiyyətinə görə eyni etimad və etibarı neft və
kimya sənayelərində də əldə edib. Qaldı ki,
sərgilərin təşkilinə, həmsöhbətimiz bu
tədbirlərə marağın böyük olduğunu
müşahidə etdiyini bildirdi.
- Diyarınız
günəşli, insanlarınız gözəldir, - dedi. - Bu
gözəllik, bu işıq sanki "Bakı"Ekspo" Mərkəzinin
pavilyonlarına da inteqrasiya edib.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
3 iyun.- S.8.