YAP nümayəndə heyəti rəsmi ziyafətdə
iştirak edib
Mayın
30-da Çin Xalq Respublikasının Uhan şəhərində
"Hubey əyalətində Si Cinpinin yeni dövrdə
Çin xüsusiyyətli sosializm haqqında
ideyalarının praktik nailiyyətləri" mövzusunda
keçirilən təqdimat mərasiminin
iştirakçılarının şərəfinə rəsmi
ziyafət verilib.
YAP Mərkəzi
Aparatından verilən məlumatda qeyd olunur ki, qonaqları
salamlayan Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsi
katibinin müavini, Hubey Əyaləti Xalq Hökumətinin
qubernatoru Van Conlin Uhanın ev sahibliyi etdiyi tədbirin əhəmiyyətindən
bəhs edib. O, postpandemiya dövründə daha sağlam bəşəriyyət
və xoşbəxt gələcək naminə səylərin
birləşdirilməsinin önəmli olduğunu bildirib.
Çin səciyyəli
sosializm ideyası əsasında Hubeyin regional inkişaf
nümunəsi yaratdığını söyləyən Van
Conlin qazanılan təcrübənin dost ölkələrlə
bölüşdürülməsinin və
qarşılıqlı fikir mübadiləsi
aparılmasının faydalı təşəbbüs
olduğunu bildirərək tədbir
iştirakçılarına minnətdarlıq ifadə edib.
Mərasimdə
30 ölkəni təmsil edən 170-dən çox nümayəndənin
adından çıxış edən Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov belə bir mötəbər
tədbirə dəvətə və yüksək qonaqpərvərliyə
görə YAP nümayəndə heyəti adından təşəkkürünü
bildirib. O, bərabərlik, sosial ədalət, ictimai rifah,
kollektiv inkişaf və güclü dövlətçilik
prinsiplərinə əsaslanan müasir sosializm
ideyasının Çin xalqının mənafeyinə xidmət
etdiyini, Çin dövlətinin inkişafı
üçün yeni imkanlar və perspektivlər
yaratdığını söyləyib. Tahir Budaqov Hubey
Əyalətinin sürətli inkişafının yeni dövr
Çin xüsusiyyətli sosializm ideyasının uğurla həyata
keçirilməsinin bariz nümunəsi olduğunu qeyd edib:
"Bugünkü tədbir də cənab Si Cinpinin yeni
dövr üçün müəyyən etdiyi Çin
xüsusiyyətli sosializm quruculuğu istiqamətində əldə
olunan nailiyyətlərin və mövcud reallıqların təqdimatı,
gələcəyə baxış kontekstində yeni
yanaşmaların ortaya qoyulması, yeni hədəflərin
müəyyənləşdirilməsi üçün
böyük əhəmiyyətə malikdir".
Tahir Budaqov Cənubi
Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan
Partiyasının nümayəndə heyətinin Çin Xalq
Respublikasına səfərinin önəmindən bəhs
edib, keçirilən görüşlərin faydalı və
məhsuldar olduğunu diqqətə çatdırıb.
"Səfər çərçivəsində istər Azərbaycan-Çin
münasibətləri, istərsə də Yeni Azərbaycan
Partiyası ilə Çin Kommunist Partiyası arasında
çoxşaxəli əməkdaşlığa dair ətraflı
fikir mübadiləsi apardıq", - deyən YAP Sədrinin
müavini Azərbaycan ilə Çin arasında müxtəlif
sahələri əhatə edən səmərəli və
qarşılıqlı faydalı əməkdaşlığın
mövcud olduğunu deyib, 44 günlük Vətən
müharibəsində qələbə qazanaraq yeni geostrateji
reallıqlar yaradan ölkəmizin regionda çoxşaxəli
işbirliyinə və inkişafa xidmət edən təşəbbüslərindən
bəhs edib, Zəngəzur dəhlizinin bütovlükdə
Avrasiya üçün geostrateji əhəmiyyətini diqqətə
çatdırıb.
YAP Mərkəzi
Aparatının rəhbəri Yeni Azərbaycan Partiyası ilə
Çin Kommunist Partiyasının əməkdaşlıq əlaqələrinin
ölkələrimiz arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə mühüm töhfələr
verdiyini bildirib.
Çin
xüsusiyyətli sosializm ideyası əsasında
görülən işlərin ölkənin qüdrətini
daha da artıracağına inamını ifadə edən
Tahir Budaqov Çin xalqına rifah, firavanlıq və əmin-amanlıq
arzulayıb.
Azərbaycan.-
2023.-1 iyun.- S.10.