Çində
səfərdə olan
YAP nümayəndə heyəti
təqdimat mərasimində
iştirak edib
Mayın 30-da Çin
Xalq Respublikasının
(ÇXR) Hubey əyalətinin
Uhan şəhərində
Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq
əlaqələr şöbəsinin
və ÇKP-nin Hubey Əyalət Komitəsinin birgə təşkilatçılığı ilə "Hubey əyalətində Si Cinpinin yeni dövrdə
Çin xüsusiyyətli
sosializm haqqında ideyalarının praktik nailiyyətləri" mövzusunda
təqdimat mərasimi
keçirilib.
Çin Xalq Respublikasında səfərdə
olan Yeni Azərbaycan Partiyası
(YAP) Sədrinin müavini
- Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqovun başçılıq
etdiyi nümayəndə
heyəti mərasimdə
iştirak edib.
YAP Mərkəzi Aparatından
verilən məlumatda
qeyd olunur ki, 30 ölkədən
170-dən çox nümayəndənin
qatıldığı təqdimat
mərasimində ÇKP-nin
Beynəlxalq əlaqələr
şöbəsinin müdiri,
nazir Liu Ciencao, Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsinin katibi, Hubey Əyalət Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsinin sədri Van Menhuyi və başqaları çıxış ediblər.
Çıxışlarda Çin Xalq Respublikasının inkişaf
yolundan - qazandığı
nailiyyətlərdən və
qarşıda duran hədəflərdən ətraflı
bəhs edilib.
ÇXR-in Sədri,
ÇKP-nin baş katibi Si Cinpinin
yeni dövrdə Çin xüsusiyyətli
sosializm haqqında ideyalarının mahiyyəti
və praktiki əhəmiyyəti barədə
geniş məlumat verilib. Bununla yanaşı, tədbirdə
Çin modernizasiyasının
səciyyəvi xüsusiyyətlərindən
danışılıb. Qeyd
edilib ki, Çin modernləşməsi
yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb.
Modernləşmə sivil
inkişaf yoludur, ona görə də müasir dövrdə beynəlxalq münasibətlər sistemində
hegemonluq və diktə siyasəti qəbuledilməzdir.
Çıxışlarda, həmçinin Hubey əyalətinin sosial-iqtisadi
göstəricilərinə nəzər salınıb,
yerli resurslardan və yeni texnologiyalardan
istifadə etməklə,
səmərəli investisiya
siyasəti həyata keçirməklə davamlı
inkişafın təmin
edildiyi qeyd olunub. Bildirilib ki, Hubeyin sürətli
yüksəlişi Si
Cinpinin Çin səciyyəli sosializm ideyalarının nailiyyəti
və real nəticəsidir.
Daha sonra Hubey əyalətində müxtəlif sahələrdə
gerçəkləşdirilən layihələr barədə
videotəqdimat nümayiş
olunub.
Həmin gün konfrans iştirakçıları Elm və Texnologiya üzrə Huayonq Universitetində olublar. Yüksək texnologiyalar sərgisinə baxış keçirən ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.
Azərbaycan. - 2023.-1 iyun.-
S.10.