Dünya
taekvondosu yubileyini Bakıda qeyd edir
Bakıda keçirilən
Taekvondo üzrə Dünya Çempionatının
nümayəndə heyəti,
Dünya Taekvondo Federasiyasının prezidenti
Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq,
Türkiyə Taekvondo
Federasiyasının prezidenti
Metin Şahin və Azərbaycan Taekvondo Federasiyasının
rəsmiləri Fəxri
xiyabana gələrək
xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı
önünə əklil
və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı
üzərinə tər
çiçəklər düzülüb.
Sonra Şəhidlər
xiyabanına gedən nümayəndə heyəti
Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının məzarlarını
ziyarət edib, "Əbədi məşəl"
abidəsinin önünə
əklil qoyublar.
26-cı Dünya Çempionatı
mayın 29-da start götürüb və iyunun 4-də başa çatacaq. Dünya taekvondosunun 50, Ümummilli
Liderin 100 illiyinə təsadüf edən mundialda 145 ölkədən
949 idmançı mübarizə
aparır.
Yarışların ilk günündə 2 çəki dərəcəsində
mükafatçılar müəyyənləşib.
Kişi taekvondoçular
arasında 68 kq çəkidə dünya
çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib.
O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi
(İran) və Ulubek Raşitov (Özbəkistan)
bürünc medala sahib olublar.
Bu çəkidə
dayanq üzərinə
çıxan idmançımız
Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb.
Qadınlar arasında
57 kiloqramda Luana Marton (Macarıstan) bütün rəqiblərinə
qalib gələrək
birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra
İlgin (Türkiyə)
və Mariya Paçeço (Braziliya)
3-cü olublar.
Mundialın ikinci
günündə daha
3 çəki dərəcəsində
qaliblər bəlli olub. Kişi taekvondoçular arasında
58 kiloqramda, qadınlarda
67 kiloqramda və 73 kiloqramda yarışın
mükafatçıları müəyyənləşib.
58 kiloqram çəkidə
çempionatın ən
güclüsü cənubi
koreyalı Jun-Seo Bae olub. O, finalda
Georgi Qurtsiyevi (dünya taekvondosu) məğlub edərək
dünya çempionu adını qazanıb. Bürünc mükafatlar Adrian Visente Yunta (İspaniya) və Mahmud Altarireyə (İordaniya) qismət olub.
67 kiloqramda
qızıl medala fransalı Maqda Viet-Henin yiyələnib.
İkinci yeri Yulyana Al-Sadiq (İordaniya) tutduğu halda,
bürünc medallara Mari Romundset Nilsen (Norveç) və Rut
Qbaqbi (Fil Dişi Sahili) sahibləniblər.
73 kiloqramda
mundialın çempionu fransız Altea Laurin olub. O, həlledici
görüşdə Rebekka Makqovanı (Böyük Britaniya)
məğlub edib. Bürünc medallara isə Polina Xan
(dünya taekvondosu) və
xorvatiyalı Matea Yeliç yiyələniblər.
Azərbaycan
yığmasının heyətində qüvvəsini
sınayan Maqomed Qaşımov (58 kiloqram) və Fəridə
Əzizova (67 kiloqram) müvafiq olaraq, 1/32 və 1/16 finalda məğlub
olublar.
Mayın 31-də
daha 3 çəki dərəcəsində (kişilər 80
kiloqram, 87 kiloqram, qadınlar 49 kiloqram) döyüşlər
keçirilib.
Kişilər
arasında 80 kiloqram çəki dərəcəsində
finalda Simone Alessio (İtaliya) amerikalı Karl Alan Nikolasla
üz-üzə gəliblər. İtaliyalı
taekvondoçu qalib gələrək qızıl medala yiyələnib.
Nikolas ikinci yerdə qərarlaşdığı halda,
Seif Eyissa (Misir) ilə Migel
Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər.
87 kiloqramda
mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi
Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya),
bürünc mükafatları Artyom Plonis (dünya taekvondosu) və
Arian Salimi (İran) qazanıblar.
Qadın
taekvondoçuların 49 kiloqram çəki dərəcəsində
fəxri kürsünün ən yüksək pilləsinə
Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak
Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna
Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias
(İspaniya) tutublar.
Bu çəki dərəcələrində
Azərbaycan millisinin idmançılarından Əliəskər
Əliyev (80 kq), Taleh Süleymanov (87 kiloqram) və Patimat
Abakarova (49 kiloqram) 1/8 finalda mübarizəni
dayandırıblar.
Yarışın
dördüncü günündə daha 2 çəki dərəcəsində
qaliblər müəyyənləşib.
Kişilər
arasında 63 kiloqram çəki dərəcəsində
türkiyəli Hakan Recber dünya çempionu olub. O, finalda
tailandlı Banlunq Tumtimdanqı məğlub edib. Bürünc
medallara Xuan Yorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika)
yiyələniblər.
Qadın
taekvondoçular arasında 73 kiloqramdan yuxarı çəkidə
də fəxri kürsünün ən yüksək pilləsinə
Türkiyə təmsilçisi qalxıb. Nafiya Kuş
bütün rəqiblərinə qalib gələrək
qızıl medal qazanıb. Gümüş medalı Svetlana
Osipova (Özbəkistan) əldə edib. 3-cü yeri isə
Kristina Adebayo (dünya taekvondosu) və Blanka Kuk (Böyük
Britaniya) tutublar.
Azərbaycan
taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda
yarışla vidalaşıb.
Dünən daha iki taekvondoçumuz dünya
çempionatında medal qazana bilməyib.
54 kiloqram çəki
dərəcəsində çıxış edən Səyyad
Dadaşov 1/16 final mərhələsində məğlub olub.
Qadınların yarışında 46 kiloqram çəki dərəcəsində
mübarizə aparan Minayə Əkbərova isə Ruka Okamoto (Yaponiya) ilə dueldən
məğlub ayrılıb.
Gənclər və
idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən
taekvondo üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin
nəticələrinə
münasibət bildirib. O,
idmançılarımızın hələ ki
medalçılar sırasında yer ala bilməməsini heyətdə
edilən dəyişikliklərlə əlaqələndirib:
"Dünya çempionatı böyük tədbirdir, 140-dan
çox ölkənin ən güclü
taekvondoçuları bura gəliblər. Bu, Olimpiada öncəsi
ən mötəbər yarışdır. Təəssüf
ki, indiyə qədər mübarizəyə qoşulan
idmançılarımız medal qazana bilməyiblər.
Yığmanın heyətində bəzi dəyişikliklər
edilib, yeni taekvondoçular var. Əlbəttə ki,
hamımız uğurlu nəticə olmasını istərdik.
Bəlkə də idmançılarımız həyəcanlı
olurlar. Bunun səbəbi barədə daha çox məşqçilərimiz
danışa bilərlər. Hamını
taekvondoçularımıza dəstək olmağa
çağırıram".
Xatırladaq ki,
Bakının yarışa evsahibliyi etməsi barədə qərar
ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin
İsveçrənin Lozanna şəhərindəki inzibati
binasında təşkil olunan və qurumun prezidenti Tomas
Baxın qatıldığı yığıncaqda bu
yarış üçün 3 ölkə namizədliyini versə
də, Bolqarıstan son anda istəyini geri götürüb. Nəticədə
dünya çempionatını qəbul etməyə Azərbaycan
və Çin iddia edib.
Beynəlxalq qurum
ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo
üzrə isə Avropa çempionatına, Qran-pri, Olimpiadaya
lisenziya xarakterli təsnifat turnirlərinə uğurla
evsahibliyi etməsini nəzərə alaraq, dünya
çempionatının keçirilməsini də Azərbaycana
həvalə edib. Beləliklə, taekvondo üzrə dünya
çempionatı MDB məkanından Rusiyadan sonra ikinci dəfə
Azərbaycanda təşkil olunur.
Eyni zamanda Azərbaycan
Avropa ölkələri arasında Almaniya, Danimarka,
İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan
sonra dünya çempionatına evsahibliyi edən yeddinci
ölkədir.
Dünya
çempionatı iyunun 4-də başa çatacaq.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2023.- 3 iyun.- S.10.