Bakı
Zooloji Parkında “Gələcək uşaqlara
məxsusdur” adlı şənlik təşkil
olunub
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günü ilə bağlı tədbir keçirilib.
Zooloji Park və
Bakı Abadlıq Xidmətinin əməkdaşlığı
ilə təşkil olunan “Gələcək uşaqlara məxsusdur” adlı şənlikdə
“Dayaq” Vətən Müharibəsi Əlillərinə
və Şəhid ailələrinə Dəstək
Təşkilatı, “Ümid
işığında” Əlil
Uşaqlara Yardım İctimai Birliyi, SOS (Save Our Ship) Uşaq
kəndləri təşkilatından
ümumilikdə 300 uşaq
iştirak edib.
Musiqi sədaları
ilə müşayiət olunan və
gün boyu davam edən tədbir qonaqlarda xoş
əhval-ruhiyyə
yaradaraq,
unudulmaz günlərindən birinə
çevrilib.
Zooloji Parkın
müxtəlif məntəqələrində
qurulan pavilyonlarda ziyarətçilər oyunlara
və yarışlara
qatılaraq hədiyyələr
qazanıblar. Bununla yanaşı, balacalar açıq havada üz boyama, köpük şouda iştirak ediblər. Cizgi film personajlarının
iştirakı şənliyi
daha da rəngləndirib,
qonaqların diqqətini
müxtəlif viktorina
və maraqlı oyunlara cəlb edib. Ziyarətçilər
öz maraq dairələrinə uyğun
seçim edərək,
keramika, təbii parçalardan oyuncaqların
hazırlanması, rəsm
çəkmək, eko
çantaların zoomorf
ornamentləri ilə bəzədilməsi, quş
yemlərinin hazırlanması
kimi müxtəlif
ustad dərslərinə qatılıblar.
Eyni zamanda, uşaqların maariflənməsi
üçün onlara
Zooloji Parkın lektoriyasında heyvanların
həyat tərzini özündə əks etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar nümayiş
edilib. Daha sonra, açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə
heyvanlarla yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək
şansı verilib, həmçinin IDEA Heyvanlara
Qayğı Mərkəzinin
təşkilatçılığı ilə himayə guşəsi təşkil
olunub.
Qeyd edək
ki, Bakı Zooloji Parkı yalnız əyləncə məkanı
deyil, həmçinin,
elmi-maarifçilik müəssisəsi
funksiyasını daşıyır.
Zooloji Parkda keçirilən seminar və
treninqlər, ustad dərsləri
uşaqlar və gəncləri əyləndirərək
maarifləndirir, təbiətə
maraq oyadır, insanların ətraf mühitin mühafizəsini
və bu prosesdə öz rolunu daha dərindən
dərk etməsini təmin edir.
Azərbaycan.-2023.- 3 iyun.-
S.10.