85 il səmada: Azərbaycan Mülki Aviasiyası yubileyini qeyd edir
Bu gün Azərbaycan aviatorları peşə bayramlarını
və mülki aviasiyanın yaranmasının
85 illiyini qeyd edirlər.
"Azərbaycan Hava
Yolları" QSC-nin
(AZAL) məlumatına istinadən
xəbər verir ki, 85 illik yubileyi
çərçivəsində AZAL-ın rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil
və güllər qoyub.
Bildirilib ki, onlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
xatirəsini ehtiramla yad edib, məzarı
üzərinə gül
dəstələri qoyublar.
“85 il ərzində
Azərbaycanın mülki
aviasiyası Ümummilli
Lider Heydər Əliyevin qətiyyətini
əks etdirən unudulmaz tarix yaradıb. Bu sahədə sürətli
irəliləyiş Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə
edilib. Onun daimi dəstəyi nəticəsində ölkənin
mülki aviasiyası bütün beynəlxalq standartlara və tələblərə cavab
verir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Onun sözlərinə
görə, mülki aviasiya Azərbaycanın nəqliyyat sisteminin mühüm tərkib hissələrindən biri
olmaqla ölkə iqtisadiyyatının yüksəlişinə
töhfə verir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan.-2023.- 3 iyun.- S.12.