Azərbaycan-Türkiyə
sarsılmaz dostluğu
və qardaşlığının
dünyada bənzəri
yoxdur
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin
icrasına başlaması
mərasimində iştirak
ediblər
İyunun 3-də Ankarada
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına
başlaması mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə
heyətlərinin rəhbərlərini
salamladılar.
Mərasimdə Türkiyə
Respublikasının qurucusu
Mustafa Kamal Atatürkün, şəhidlərin
və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində
həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Türkiyə
Respublikasının Dövlət
Himni – “İstiqlal Marşı” səsləndirildi.
Rəcəb Tayyib
Ərdoğan çıxış
edərək yenidən
Prezident vəzifəsinə
seçilməsi üçün
ona etimad göstərən seçicilərə
minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə
millətin iradəsinin
əksini tapdığını,
“Türkiyə yüzilliyi”nin başladığını
və ölkənin sıçrayış mərhələsinin
qapılarının açıldığını
vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından,
etnik mənsubiyyətindən
asılı olmayaraq,
85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün
səylə çalışacaqlarını
qeyd etdi. Türkiyə Respublikasının
yaradılmasının 100-cü ildönümündə sarsılmaz
həmrəyliyə daha
böyük ehtiyac duyulduğunu diqqətə
çatdıran dövlət
başçısı bu
gün elan olunacaq yeni hökumətlə
birlikdə “Türkiyə
yüzilliyi” istiqamətində
səylə çalışacaqlarını
bildirərək dedi:
“Gün bir olmaq, bərabər olmaq, min illik
qardaşlığımızı daha da möhkəmləndirmək
günüdür. Gün
övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə
“Türkiyə yüzilliyi”nin inşası
üçün çiyin-çiyinə
çalışmalıyıq”.
Türkiyə demokratiyasının
bütün azadlıqların
əksini tapdığı,
mütərəqqi və
əhatəli Konstitusiya
ilə gücləndiriləcəyini
qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti
beş il ərzində Türkiyə
Respublikasının şanını
və şərəfini
qorumaq, etibarını
artırmaq və adını dünyada daha da ucaltmaq
üçün var gücü ilə çalışacaqlarını vurğuladı.
Prezident Rəcəb
Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına
başlaması mərasimində
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına
və qonaqlara bir daha minnətdarlığını
bildirdi.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi.
Xatırladaq ki, Rəcəb
Tayyib Ərdoğan prezident seçkilərinin
mayın 28-də keçirilmiş
ikinci turunda 52,18 faiz səs toplayaraq
qalib gəlib.
Azərbaycan.-2023.- 4 iyun.-
S.1-2.