Azərbaycan
Respublikası Hökuməti
ilə İsrail Dövləti Hökuməti
arasında ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlığa
dair Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il aprelin
19-da Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə İsrail Dövləti Hökuməti
arasında ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlığa
dair Saziş" təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
İsrail Dövləti
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2023-cü il
Azərbaycan.-2023.-
4 iyun.- S.3.