Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının
İşçi Qüvvəsi
Nazirliyi arasında əmək, məşğulluq
və sosial müdafiə sahələrində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1. 2022-ci il dekabrın
14-də Bakı və
Cakarta şəhərlərində
imzalanmış "Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının
İşçi Qüvvəsi
Nazirliyi arasında əmək, məşğulluq
və sosial müdafiə sahələrində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə İndoneziya Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2023-cü il
Azərbaycan.-2023.-
4 iyun.- S.3.