Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində,
Notariat haqqında, Bələdiyyə mülkiyyətinə
əmlakın verilməsi
haqqında və Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
867-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində,
"Notariat haqqında",
"Bələdiyyə mülkiyyətinə
əmlakın verilməsi
haqqında" və
"Dövlət rüsumu
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
867-VIQD nömrəli Qanununun
tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 44; 2002, ¹ 8, maddə 478; 2006, ¹ 8, maddə
677, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 226; 2009, ¹ 6, maddə
414; 2011, ¹ 11, maddə 1009; 2016, ¹ 3, maddə 471, ¹ 6, maddə
1045; 2017, ¹ 3, maddə 352, ¹ 4, maddə 551, ¹ 8, maddə
1517; 2018, ¹ 11, maddə 2261; 2019, ¹ 6, maddə 1030, ¹ 12, maddə
1931; 2020, ¹ 11, maddə 1358; 2021, ¹ 7, maddə 737; 2022, ¹ 5, maddə
476; 2023, ¹ 1, maddələr 85, 98) 2.2-ci bəndindən "73.2-ci," sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. sosial xidmət
müəssisələrinə yerləşdirilən şəxslər
tərəfindən verilən
etibarnamələrin təsdiq
edilməsinə dair notariat hərəkətləri
aparılmasının tənzimlənməsi
məqsədilə Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2000-ci il
11 sentyabr tarixli
167 nömrəli Qərarı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında notariat
hərəkətlərinin aparılması qaydaları
haqqında Təlimat"da
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla iki
ay müddətində
dəyişikliklər etsin;
2.2. "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində,
"Notariat haqqında",
"Bələdiyyə mülkiyyətinə
əmlakın verilməsi
haqqında" və
"Dövlət rüsumu
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
867-VIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 iyun 2023-cü il
Azərbaycan.-2023.-
4 iyun.- S.3.