Masdar
Azərbaycanda yeni layihələrə imza atır
Bu şirkət
"Bakı Enerji Həftəsi"nin də
fəal iştirakçısı
idi
Bir neçə
gün əvvəl dünyanın neft-qaz, energetika, nəqliyyat-logistika
və təchizat sahələrində fəaliyyət
göstərən firma
və şirkətləri
özlərinin təcrübələrini və qazandıqları uğurları
nümayiş etdirmək
üçün Bakı
Ekspo Mərkəzindəki
pavilyonlarda yer almışdılar.
"Bakı Enerji
Həftəsi" çərçivəsində
keçirilən 28-ci Beynəlxalq
Xəzər Neft və Qaz, eləcə
də 11-ci Beynəlxalq
Xəzər Energetika və Yaşıl Enerji sərgilərindəki
iştirakçılar üçün
bu, çox yaxşı bir fürsət idi. Çünki bu ənənəvi sərgilər beynəlxalq əməkdaşlıq meydanı
kimi çox mühüm statusunu illərdir qoruyub saxlaya bilib.
Hər il olduğu kimi, bu il də
sərgiyə iştirakçı
və ziyarətçilər
tərəfindən böyük
maraq göstərildi.
Bura həm də sənaye liderlərinin görüş
yeridir. Həmin liderlərin təmsil etdikləri şirkətlər
Bakı Ekspo Mərkəzinin bütün
mümkün
pavilyonlarını, ekspozisiya
zallarını
və açıq
sahəsini əhatə
edirdi. Diqqətçəkən məqam
o idi ki, builki sərgidə ötən sərgilərdən
fərqli olaraq çox sayda xarici, milli və
regional stendlər nümayiş olunurdu. Yeri gəlmişkən vurğulayaq ki, bu il Azərbaycan
xalqının Ümummilli
Lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu, görkəmli
siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Prezident
İlham Əliyevin imzaladığı sərəncamla
2023-cü il ölkəmizdə
"Heydər Əliyev
İli" elan edilmişdir. Bu mühüm hadisə də "Bakı Enerji Həftəsi"nin proqramlarında
öz əksini tapmışdı. Sərginin
ekspozisiyası bir neçə istiqamətdə
təşkil edilmişdi:
neft və qazın nəqli, hasilatı, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi, "yaşıl
enerji", enerji obyektlərinin təhlükəsizliyi,
ətraf mühitin mühafizəsi,
enerji və digər resurslara xidmət edən texnologiyalar və s.
Sənaye rəhbərlərinin
və mütəxəssislərinin
yeni əməkdaşlıq
əlaqələri qurduğu,
sazişlər imzalandığı
bu platforma həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin
iqtisadiyyatının daha
da inkişafına, yeni-yeni nailiyyətlərə
təkan verir.
Fürsətdən
istifadə edib tədbir barədə rəylərini və
təəssüratlarını öyrəndiyimiz iştirakçılar
da əməkdaşlıq
əlaqələrini genişləndirmək,
sərginin yaratdığı
imkanlardan səmərəli
istifadə etmək məqsədində olduqlarını
vurğuladılar. Pavilyonlardan
birində Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkətinin
məhsulları sərgilənirdi.
Şirkətin Azərbaycan
üzrə meneceri Murad Sadıqovla həmsöhbət
olduq. O dedi:
- Bu gün burada olmaqdan çox böyük məmnunluq duyuram. Təmsil etdiyim "Masdar" şirkəti
2006-cı ildə BƏƏ hökuməti tərəfindən
təsis olunub. Hazırda şirkətin üç təsisçisi
var. Əsas fəaliyyət istiqamətimiz
bərpaolunan enerji layihələrinin inkişaf
etdirilməsindən ibarətdir.
Şirkətimiz bərpaolunan
enerji sahəsində həm Yaxın Şərq, həm də dünya üzrə lider olaraq BƏƏ, Səudiyyə
Ərəbistanı, İordaniya,
Misir, Mərakeş, Böyük Britaniya,
ABŞ, Avstraliya, Serbiya,
Hindistan, İndoneziya,
Özbəkistan və
bir çox başqa ölkələr
də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət
göstəririk. İstifadə
etdiyimiz texnologiyalar günəş, külək
və bionerji sahəsi ilə bağlıdır.
Bu gün 20 min meqavatdan artıq istehsal gücünə nəzarət
etmək imkanındayıq.
"Masdar" şirkətinin
Azərbaycanla tanışlığı ilk dəfə
2018-ci ildə baş tutub. Həmin il Azərbaycan
hökuməti tərəfindən
keçirilən tenderə
dəvət almışdıq.
Dəvəti məmnuniyyətlə
qəbul edən "Masdar" tenderdə iştirak etmişdi. Beləliklə
də Azərbaycanda çalışmağımız üçün yaranmış
şəraitdən istifadə
edərək fəaliyyətə
başladıq.
2021-ci ildə biz
230 meqavatlıq "Qaradağ"
Günəş-Elektrik Stansiyası
layihəsinə imza atdıq. 2022-ci il martın 15-də Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin
energetika naziri Suhail Mohamed Al Mazroueinin iştirakı ilə stansiyanın təməlqoyma mərasimi
keçirildi. Ötən
müddətdə işlərin
sürətini artıraraq
tikinti cədvəlində
nəzərdə tutulan
vaxtı xeyli qabaqlamağa nail olmağımız imkan verir ki, stansiyanı
2023-cü ilin sonlarınadək
istifadəyə verək.
Bu da şirkətimizin
"Heydər Əliyev
İli"ndə Ulu Öndərin yubileyinə
töhfəmiz olar. Onu da deyim ki,
Azərbaycanın bərpaolunan
enerji potensialı yüksək olduğundan bizim gələcəkdə
də burada bir sıra yeni
layihələrdə iştirak
etməklə bağlı
planlarımız var.
Müsahibimiz Beynəlxalq
Xəzər Neft və Qaz, həmçinin
Energetika və "Yaşıl Enerji" sərgilərində ikinci
dəfədir iştirak
etdiyini də söylədi:
- Bu,
bizim üçün
şərəfdir. Ötən il ilk iştirakımız
çox düşərli
oldu. Sərgi başa çatandan dərhal sonra Azərbaycanın Energetika
Nazirliyi tərəfindən
Şuşada xüsusi
enerji konfransı keçirildi. Həmin tədbirin iştirakçısı
olduq və konfrans
çərçivəsində iki yeni böyük
müqavilə imzaladıq. Müqavilələr
quruda günəş və külək enerjisi stansiyalarının tikintisi
və dənizdə külək və yaşıl hidrogen istehsalı ilə bağlıdır. Müqaviləyə
əsasən "Masdar"
şirkəti Azərbaycanda
2026-cı ilədək quruda
1 qiqavat gücə malik külək enerjisi layihəsini,
2033-cü ilədək dənizdə
2 qiqavat gücə malik külək enerjisi və yaşıl hidrogen layihəsini reallaşdırmağı,
habelə 2037-ci ilədək
sahildə günəş
enerjisi, külək və dəniz küləyindən istifadənin
daha da genişləndirilməsini
planlaşdırır. Biz
"yaşıl enerji"nin
üstünlüklərini yaxşı
bildiyimizdən
gördüyümüz işlərin Azərbaycan
üçün çox
böyük fayda verəcəyindən əminik.
Xüsusi vurğulamaq
istəyirəm ki, budəfəki sərgi olduqca möhtəşəmdir
və şirkətimizin gələcək
işlərinə əhəmiyyətli
dərəcədə təkan
verəcək.
Çünki burada
yeni texnologiyalar və
onların tətbiqi haqqında məlumat əldə edirik. Bu baxımdan özümüzü çox
şanslı sanırıq.
Prezident İlham Əliyev bizim pavilyona baş çəkərək işlərimizlə
maraqlandı. Bu, bizi yeni nailiyyətlərə
ruhlandırır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
4 iyun.- S.1;7.