Dövlət
büdcəsinə edilən
dəyişikliklər Böyük
qayıdışı sürətləndirəcək
Xəbər verildiyi
kimi, cari ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Bunun əsas səbəbi cari ilin 4 ayında
daxilolmaların həcminin
proqnozlaşdırılandan daha çox olmasıdır. Bu, dövlət büdcəsinin
gəlirlərinin dayanıqlı
olmasından xəbər
verir.
Cari ilin dövlət büdcəsinin
gəlirləri 33 milyard
779,5 milyon manat proqnozlaşdırılıb. Bu,
əvvəl təsdiq
olunmuş göstəricilərdən
9,8 faiz çoxdur. Əldə olunan əlavə vəsaitin çox hissəsinin ölkənin müdafiə
qabiliyyətinin və
təhlükəsizliyinin gücləndirilməsinə,
eləcə də Böyük Qayıdışa
dair I Dövlət Proqramının icrasına
yönəldilməsi nəzərdə
tutulub.
Büdcə gəlirləri
proqnozlaşdırılandan çox olacaq
Milli Məclisin
İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin
üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib
ki, bu ilin
4 ayında dövlət
büdcəsinə 2 milyard
400 milyon manat əlavə vəsait daxil olub: "Büdcəyə kifayət
qədər böyük
məbləğdə əlavə
vəsaitin daxil olması ondan xəbər verir ki, cari ilin
sonuna qədər büdcə gəlirləri
proqnozlaşdırılandan daha çox olacaq. Belə ki, əlavə 3 milyard 5 milyon manat gəlir gözlənilir. Bu da təbii olaraq
dövlət büdcəsinin
gəlirlərinə yenidən
baxılmasına və
xərclərin artırılmasına
zəmin yaradır. Əlavə vəsait büdcə xərclərinin
də artırılmasına
imkan verir".
Deputatın dediyinə
görə, yenidən
baxılmış cari
ilin dövlət büdcəsinin gəlirlərinin
52,5 faizi neft, 47,5 faizi isə qeyri-neft sektorunun payına düşür.
Görünən odur
ki, geoiqtisadi və geosiyasi proseslər, xüsusilə
enerji daşıyıcılarındakı
qiymət artımı
ölkə iqtisadiyyatına
təsirsiz ötüşməyib.
Ölkəmizin müdafiə
qabiliyyətinin daha da gücləndirilməsi
diqqət mərkəzindədir
Vüqar Bayramov
bildirib ki, büdcəyə ediləcək
dəyişikliklərdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin intensivləşdirilməsinə
əlavə 2 milyard
260 milyon manat vəsaitin ayrılması
planlaşdırılıb. Beləliklə, dövlət
büdcəsindən Qarabağ
və Şərqi Zəngəzurun bərpası
işlərinə 2023-cü il üzrə ümumilikdə 5 milyard
260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük qayıdışı sürətləndirəcək
və 2024-cü il üçün nəzərdə
tutulmuş kütləvi
qayıdışın reallaşmasına
imkan yaradacaq.
Deputat deyib ki, büdcə dəyişikliklərində digər
mühüm məqam ordumuzun fəaliyyətinin
gücləndirilməsi ilə
bağlıdır: "Ölkənin
müdafiə qabiliyyətinin
daha da gücləndirilməsinə
1 milyard 105 milyon, xüsusi müdafiə təyinatlı layihələr
və tədbirlər
üzrə isə 1 milyard manat vəsaitin
ayrılması proqnozlaşdırılıb.
Bu, milli təhlükəsizliyimizin gücləndirilməsi
baxımından çox
vacibdir. Dəyişikliklər
Azərbaycanın dövlət
büdcəsinin gəlirləri
baxımından dayanıqlı
olduğunu göstərir.
Bu dayanıqlılıq
büdcədən prioritet
istiqamətlərə daha
çox vəsaitin ayrılmasına imkan yaradır. Bu, həmçinin ölkəmizin
iqtisadi gücünü
göstərən vacib
faktorlardandır".
İqtisadi islahatların
səmərəliliyinin təsdiqi
Deputat Arzu Nağıyev qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər
müzakirə edilib və birinci oxunuş üçün
Milli Məclisin plenar iclasına tövsiyə olunub: "Müzakirələr zamanı
büdcə gəlirlərinə
yenidən baxılıb,
xərclər artırılıb,
ilin qalan dövrü üçün
neftin bir barelinin orta ixrac qiyməti 60 dollar götürülüb.
Bu və ya digər istiqamətlərdə
dinləmələr baş
tutub. Müzakirələrin
əsas məqsədi
büdcəyə daxil
olan əlavə vəsaitin prioritet istiqamətlər üzrə
yönləndirilməsinə nail olmaqdır".
Deputat vurğulayıb
ki, büdcə xərclərinin artırılması
üçün üç
əsas istiqamət müəyyən edilib:
"Birinci əsas istiqamət sosial məsələlər, işsizliyin
aradan qaldırılması,
həssas təbəqəyə
yönəldilən xərclər
və sairdir. İkincisi, ölkəmizin
müdafiə qabiliyyətinin
artırılması, üçüncüsü
isə, işğaldan
azad olunmuş ərazilərə qayıdışın
sürətləndirilməsi ilə bağlıdır.
Yəni büdcəyə
daxilolmalara yenidən baxılması bu 3 meyarla sıx bağlıdır. Hesab edirəm ki, bu məsələlər plenar iclasda daha geniş müzakirə olunacaq".
Arzu Nağıyevin
dediyinə görə,
bütün bunlar Azərbaycanda aparılan iqtisadi islahatların səmərəliliyini sübut
edir. Əlavə daxilolmaların 47 faizdən
çoxunun qeyri-neft sektorunun payına düşməsi də xüsusi əhəmiyyət kəsb
edir.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
4 iyun.- S.4.