Qüdrətli
dövlət, etibarlı
tərəfdaş
Dünyanın böyük gücləri
İlham Əliyevin siyasətini və regiona sabitlik gətirəcək sülh
gündəliyini təqdir
edirlər
Cənubi Qafqazın
lider dövləti kimi gündən-günə
dünya siyasi arenasında yerini və mövqeyini möhkəmləndirən Azərbaycan
eyni zamanda etibarlı tərəfdaş,
söz və güc sahibi kimi tanınır. Bunun da yeganə
səbəbi Azərbaycanı
tarixinin ən qüdrətli dövlətinə
çevirən Prezident
İlham Əliyevin yürütdüyü tam
müstəqil siyasətdir.
Heç kimdən
asılı olmayan və iqtisadi müstəqilliyə sahib
dövlət kimi nüfuzunu getdikcə yüksəldən Azərbaycan dünyanın
geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından
birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin
təminatında mühüm
rol oynayır.
Məhz İlham
Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın dünyada
böyük etimad qazanaraq qüdrətli dövlətə çevrilməsini
təmin edib. Bu gün Azərbaycan
söz və nüfuz sahibi kimi qlobal proseslərdə
aktiv mövqeyi ilə seçilir.
Dünyanın aparıcı
ölkələri Azərbaycanla
əməkdaşlığa böyük önəm verirlər
Bütün regional
məsələlərdə fəal iştirak edən Azərbaycan həm də sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir,
həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. İkinci Qarabağ savaşındakı
şanlı zəfərdən
sonra regionda yaranmış reallıqlara
uyğun siyasət yürüdən İlham
Əliyevin əsas məqsədi Ermənistanla
sülh sazişinin imzalanmasıdır. Çünki
bu saziş imzalanarsa, regionun sabitliyi, təhlükəsizliyi
təmin olunacaq, yeni nəqliyyat-kommunikasiyalar
açılacaq və
demək olar ki, Cənubi Qafqazda tam başqa
bir dövr başlayacaq. Məhz buna görə də dünyanın əksər gücləri,
regionda maraqları olanlar Azərbaycan Prezidentinin sülh gündəliyinə birmənalı
dəstək verirlər.
Bunun digər səbəbi isə iqtisadi məsələlərlə
bağlıdır. Əgər
tərəflər arasında
sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizi də açılacaq və bununla da qədim
İpək yolunun bərpası prosesi bir qədər də sürətlənəcək.
Zəngəzurdan keçən
yollar Orta dəhlizin fəaliyyətinə
böyük töhfə
verəcək. Uzaq Çindən daşınan
mallar Zəngəzur dəhlizindən keçməklə
qısa zamanda Avropaya çatdırılacaq.
Bütün bunlar
böyük dövlətlərə,
Şərq-Qərb və
Şimal-Cənub beynəlxalq
dəhlizlərinin rerallaşmasında
maraqlı olan ölkələrə iqtisadi
dividendlər vəd etdiyi üçün Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqeni müsbət dəyərləndirirlər.
Onu da xüsusi olaraq vurğulamalıyıq ki,
bu gün İlham Əliyev təkcə regional məsələlərdə deyil,
mahiyyətindən asılı
olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının
təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin
və əməkdaşlığın
möhkəmləndirilməsi istiqamətində mühüm
nümunədir.
Məhz bütün
bunlara görə dünya siyasətinin aparıcı qurumları,
həmçinin mötəbər
beynəlxalq təşkilatlar
İlham Əliyevin mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və
qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər
və ölkəmizlə
əməkdaşlığa böyük önəm verirlər. Tarixinin ən qüdrətli Azərbaycanının əlamətdar
günü olan Müstəqillik Günündə,
eləcə də mayın 31-də Bakı Ekspo Mərkəzində
"Bakı Enerji Həftəsi" çərçivəsində
28-ci Beynəlxalq Xəzər
Neft və Qaz - "Caspian Oil&Gas"
və 11-ci Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin
keçirilməsi ilə
bağlı İlham Əliyevə ünvanlanmış
məktublara nəzər
yetirsək görərik
ki, dünyanın nəhəng dövlətlərinin
liderləri Azərbaycan
Prezidentinin müstəqil
siyasətinə birmənalı
dəstəklərini nümayiş
etdirir, ölkəmizlə
strateji tərəfdaşlıq
əlaqələrinin daha
da möhkəmlənməsini
arzulayır, həmçinin
İlham Əliyevin neft-qaz və "yaşıl enerji" ixracı ilə bağlı qlobal təşəbbüslərini yüksək
qiymətləndirirlər.
ABŞ Cənubi Qafqazda
ədalətli və dayanıqlı sülhü
dəstəkləyir
ABŞ Prezidenti Cozef
Baydenin məktubunda qeyd edilir ki,
30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən
inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq
yaradıb.
Beynəlxalq Xəzər
Neft və Qaz - "Caspian Oil&Gas"
və 11-ci Xəzər
Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin keçirilməsi
isə iki ölkənin təhlükəsiz
və təmiz enerji ilə bağlı gələcəyə
birgə sadiqliyini vurğulayır: "Azərbaycan
bu səylərin həyata keçirilməsində
vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə
yardım etməkdədir
- buraya "Cənub qaz dəhlizi" daxil olmaqla, Orta dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin
şaxələndirilməsinin artırılması daxildir.
Qlobal iqlim məqsədlərinə nail
olmaq üçün
Azərbaycanın səyləri,
o cümlədən bərpaolunan
enerjinin inkişafının
artırılmasına və
enerji səmərəliliyinin
gücləndirilməsinə dair təşəbbüslər
məni sevindirir".
Cozef Bayden qeyd edir ki,
bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına
yönəlmiş islahatların
həyata keçirildiyi
dönəmdə ABŞ ölkəmizin
yanında olacaq. Bununla yanaşı,
ABŞ gələcək nəsillər
üçün Cənubi
Qafqazda sülhün və rifahın təşviqinə kömək
göstərəcək ədalətli
və dayanıqlı
sülhü dəstəkləməyə
davam edəcək.
Göründüyü kimi, Birləşmiş Ştatlar İlham Əliyevin təklif etdiyi sülh gündəliyini dəstəkləyərək
bu siyasəti yüksək dəyərləndirir.
Azərbaycan Prezidentinin
də təklif etdiyi sülh müqaviləsi Cənubi Qafqazda ilk növbədə
təhlükəsizliyin təmin
edilməsini şərtləndirir.
Dünyanın digər
nəhəng dövləti
- Çin Xalq Respublikasının Sədri
Si Cinpin Azərbaycan Prezidentinə
ünvanladığı məktubda
ötən ilin sentyabrında Səmərqənd
şəhərində İlham
Əliyevlə görüşünü
xatırlayır və
bu görüş əsnasında əldə
olunmuş razılaşmaların
səmərəli həyata
keçirilməsinin, ölkələrimiz
arasında bütün
sahələrdə dinamik
inkişaf tempinin müşahidə olunmasını
yüksək dəyərləndirib:
"Siz Çin-Azərbaycan
münasibətlərinin strateji
dəyərini dəfələrlə
vurğulamısınız, ölkələrimiz arasında
qarşılıqlı faydalı
əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək
qiymətləndirirəm. İkitərəfli
dostluq münasibətlərinin
və əməkdaşlığın
inkişafının sağlam
və sabit məcraya istiqamətləndirilməsi
üçün Sizinlə
birgə səylər
göstərməyə hazıram".
Dövlətimizin başçısına
ünvanlanan çoxsaylı
məktubların əksəriyyətində
qeyd edilir ki, Azərbaycan son illərdə sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə,
beynəlxalq aləmdə
yüksək nüfuza
malik olan bir dövlət statusuna sahiblənib. Bu gün Azərbaycan
tərəqqi və dinamik inkişaf yolu ilə inamla
irəliləyir, regional
və beynəlxalq proseslərdə mühüm
rol oynayır. Azərbaycan dövləti
qarşıya yeni inkişaf zirvələrini
fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və
dövlətin təhlükəsizliyinin
möhkəmlənməsində sanballı nəticələr
əldə edib. Məhz İlham Əliyevin güclü liderliyi ilə Azərbaycan yüksək məqsədlərini və
inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata
keçirərək dayanıqlı
inkişaf yolunda irəliləməyi davam etdirəcək.
Etibarlı enerji
tərəfdaşı olan
Azərbaycan qlobal enerji müstəvisində
vacib rola malikdir
Böyük Britaniyanın
Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə
ünvanladığı məktubda
qeyd edilir ki, iqlim dəyişikliyi
ilə mübarizə
və enerji təhlükəsizliyinin gücləndirilməsi
kimi iki aktual çağırışın
olduğu vaxtda "Bakı Enerji Həftəsi"nin dövlət
və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini
bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir.
Rişi Sunak bildirir ki, etibarlı
enerji tərəfdaşı
olan Azərbaycan qlobal enerji müstəvisində
vacib rola malikdir. Azərbaycanın
2027-ci ilədək Avropaya
nəql ediləcək
təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə
sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə
verməkdədir. Təchizatın
şaxələndirilməsi enerjinin Rusiya tərəfindən geosiyasi
silah kimi istifadəsinə son qoyulması baxımından
əhəmiyyətlidir.
Baş nazir həmçinin Azərbaycanın
nəhəng bərpaolunan
enerji potensialının
inkişaf etdirilməsi
və "yaşıl
enerji"nin ixracatçısına
çevrilməsi istiqamətindəki
səylərini alqışlayaraq
deyir ki, bu məqsədlərə
nail olmaq üçün enerjinin ötürülməsi sahəsində
avropalı tərəfdaşlarla
əməkdaşlıq əhəmiyyətli
olacaq. Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən
"Cənub qaz dəhlizi"nin Yaşıl
Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması
xüsusilə ümidvericidir.
Onun sözlərinə
görə, ötən
iki il ərzində
Birləşmiş Krallıq
imkanların artırılması
və maariflənmə
proqramları vasitəsilə
Azərbaycanın enerji
keçidini dəstəkləyib.
Bu təşəbbüslər
Azərbaycanın daha
dayanıqlı enerji gələcəyinin təmin
edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə
qarşı çevikliyini
gücləndirəcək: "Təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi
məqsədilə Birləşmiş
Krallığın enerji
sektorunda Azərbaycan və beynəlxalq tərəfdaşlarla birgə
işləməyə sadiqliyini
bir daha vurğulayıram".
Göründüyü kimi, İlham Əliyevə ünvanlanan
məktublardakı fikirlər,
faktlar da Azərbaycan
dövlətinin, xalqının
əldə etdiyi uğurları bir daha təsdiqləyir. Bu məktublarda dünyanın aparıcı,
güclü dövlətlərinin
liderləri Azərbaycanın
beynəlxalq gündəlikdəki
mühüm məsələlərin
həllində fəal
rolunu önə çəkərək İlham
Əliyevin həyata keçirdiyi müstəqil
siyasətə birmənalı
dəstək göstərirlər.
Çoxsaylı təbriklərin
hər birində Azərbaycana, İlham Əliyevə hörmət,
inam ifadə edilməklə yanaşı,
ölkəmizlə strateji
tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanır.
Bütün bunlar,
əlbəttə ki, İlham Əliyevin qlobal lider, Azərbaycanın
isə qüdrətli
dövlət və etibarlı tərəfdaş
olduğunu təsdiqləyən
reallıqdır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
4 iyun.- S.4.