Bakıda
onkologiyaya həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar keçirilib
Bakıda Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun
3-də İ.M.Seçenov adına
I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı
ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Onkologiya dövrlərin başlanğıcında”
adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videofilm nümayiş etdirilib.
Tədbiri giriş
sözü ilə İ.M.Seçenov adına
I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin
aparıcı cərrah-onkoloqu,
tibb elmləri doktoru, professor Əziz Əliyev açaraq konfransın əhəmiyyətindən danışıb.
Sonra Milli Onkologiya Mərkəzinin yaradılması ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra professor Əziz Əliyev “Baş və boyun şişlərinin
cərrahi müalicəsinə
müasir yanaşma” mövzusunda məruzə ilə çıxış
edib.
Konfransda Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzindən
tibb elmləri namizədi Yusif Əliyarov, Cavid Qəribov, tibb elmləri namizədi Şəmistan Alıyev, tibb elmləri namizədi Elxan Kazımov, Əlövsət
İsayev, tibb elmləri namizədi Günel Hacı və Rusiya Federasiyası Səhiyyə
Nazirliyinin İ.M.Seçenov
adına I Moskva Dövlət Tibb Universitetindən tibb elmləri doktoru, professor Əli Mudunov, Tümen Dövlət Tibb Universitetinin rektoru, professor İvan Petrov, Tümen Dövlət Tibb Universitetinin professoru Rasim Təmrazov, dosent Yelena Qaysina,
dosent Mariya Kuzmenko, dosent Anna Loqvinenko, Rusiya Elmlər Akademiyasının akademiki
Andrey Vajenin, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Onkologiya MTTM-dən Polad Kərimov, A.S.Loginov adına Moskva Klinik Elmi-Təcrübə
Mərkəzindən tibb
elmləri doktoru, professor Arif Allahverdiyev, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən
tibb elmləri doktoru Qöncə Allahverdiyeva, tibb elmləri namizədi Cənnət Çekini, tibb elmləri namizədi Vadim Qruzdev və başqaları çıxış
ediblər.
Sonda mövzular
ətrafında müzakirələr
aparılıb.
Xatırladaq ki,
iyunun 2-də Rusiya Federasiyası Səhiyyə
Nazirliyi İ.M.Seçenov
adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı
ilə “Onkohemotologiyanın
aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdi.
Konfransda Rusiya Federasiyasından Seçenov Universitetinin professoru Pərvin Zeynalova, N.İ.Piroqov adına Milli Tibbi Cərrahiyyə Mərkəzinin professoru Vladislav Sarjevski, A.S.Loginov adına Moskva Klinik Elmi-Praktik Mərkəzindən Qalina Dudina, Rusiya Federasiyası Milli Tibbi Tədqiqat Hematologiya Mərkəzindən Mobil Əhmədov, “Lapino” Klinik Hospitalının Xərçəng Mərkəzindən Àhov Àndemirkan və Elxan İbrahimov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin aparıcı mütəxəssisləri Valeh Hüseynov, professor Àzər Êərimov, dosent Çingiz Əsədov müzakirə olunan məsələlərlə bağlı məruzələrlə çıxış ediblər.
Azərbaycan.-2023.- 4 iyun.- S.7.