Ombudsman
Şuşa həbsxanası
ərazisində kütləvi
məzarlığın aşkarlanmasına
münasibət bildirib
Azərbaycan Respublikasının
insan hüquqlari üzrə müvəkkili
(ombudsman) Səbinə
Əliyeva Şuşa
həbsxanası ərazisində
kütləvi məzarlığın
aşkarlanmasına münasibət
bildirib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından bildirilib.
Qeyd olunub
ki, Azərbaycanın azad
edilmiş ərazilərində
Ermənistan işğalı
dövründə insanların
qətlə yetirilməsi
və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanıb.
İlkin məlumatlara
əsasən, həmin
məzarlıqda ən
azı dörd nəfərin qalıqları
tapılıb.
Xüsusi diqqətçəkən
məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa
həbsxanası ərazisində
aşkarlanıb. Bu fakt
qanunsuz olaraq Şuşa həbsxanasında
saxlanılmış azərbaycanlıların
həmin həbsxanada dəhşətli işgəncələrə,
qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları
və şahid ifadələrini bir daha təsdiq etdi.
Təəssüflə bildirilib
ki, Ermənistanın beynəlxalq
humanitar hüququn tələblərini pozmaqla
törətdiyi cinayətlərə
dair faktların sayı bununla məhdurlaşmır. Belə
ki, işğaldan azad
edilmiş ərazilərimizdə
daha öncə aşkarlanmış kütləvi
dəfn yerləri ilə bağlı da
Ombudsman tərəfindən dünya ictimaiyyətinə
müraciətlər ünvanlanıb,
Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda
aparılmış yerində
araşdırmaların nəticələrinə
dair ayrıca hesabat hazırlanıb.
Vurğulanıb ki, azad olunmuş ərazilərimizdə
davamlı olaraq kütləvi məzarlıqların
aşkar edilməsi Ermənistanın azərbaycanlılara
qarşı həyata
keçirdiyi soyqırımı
və etnik təmizləmə siyasətini
bir daha sübut edir. Eyni zamanda, vurğulamaq
istərdik ki, Ermənistanın
Birinci Qarabağ müharibəsi dövründə
itkin düşmüş
dörd minə yaxın azərbaycanlının
taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin
ailə üzvlərinin
dərin iztirab çəkməsinə səbəb
olmaqdadır. Ermənistan
tərəfi bu məsələdə də
öz məsuliyyətindən
boyun qaçıraraq
kütləvi dəfn
yerləri barədə
məlumatların təqdim
edilməsindən yayınıb.
“Azərbaycan
ombudsmanı olaraq, bir daha dünya
ictimaiyyətini beynəlxalq
hüquq normalarının,
insan hüquq və azadlıqlarının
kobudcasına pozulmasını
sübut edən bu kimi hallarla
bağlı Ermənistana
qarşı zəruri
tədbirlər görməyə
və itkin düşmüş soydaşlarımızın
taleyi barədə məlumatların əldə
edilməsi ilə əlaqədar dəstək
verməyə çağırıram”,
- deyə S.Əliyeva
qeyd edib.
Azərbaycan.-2023.- 4 iyun.-
S.8.