Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda həlak olmuş,
ölmüş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə
ölmüş elan edilmiş hərbi qulluqçuların və
daxili işlər orqanları əməkdaşlarının
ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşdüyünə
görə ölmüş elan edilmiş hərbi
qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının
ailə üzvlərinin sosial müdafiəsinin
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4,
maddə 678; 2019, № 1, maddə 79) aşağıdakı dəyişikliklər
edilsin:
1.
Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə
edilsin:
"3-1. Birdəfəlik
ödəmənin verilməsi üçün tələb olunan
sənədlərin Elektron Hökumət İnformasiya Sistemi
vasitəsilə müvafiq dövlət orqanından (qurumundan)
əldə edilməsi mümkün olduqda həmin sənədlər
bu Fərmanın 2-ci hissəsində nəzərdə
tutulmuş şəxsdən tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onların təqdim
edilməsi bu Fərmanın 2-ci hissəsində nəzərdə
tutulmuş şəxsin razılığı ilə sorğu
əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb
olunur və ya həmin şəxs tərəfindən təmin
edilir.".
2. 6.1-ci bəndə
"birlikdə" sözündən sonra "(bu Fərmanın
3-1-ci hissəsinin müddəaları nəzərə
alınmaqla)" sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 iyun 2023-cü il
Azərbaycan.-
2023.- 6 iyun.- S.2.