Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Gənclər Fondunun vəsaitindən istifadə,
o cümlədən Fondun
vəsaiti hesabına güzəştli kreditlərin
verilməsi Qaydasında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 29
avqust tarixli 253 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 8, maddə 1703; 2020, № 4, maddə 397, № 12 (I kitab), maddə 1483; 2023, № 3, maddə
347) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Gənclər
Fondunun vəsaitindən
istifadə, o cümlədən
Fondun vəsaiti hesabına güzəştli
kreditlərin verilməsi
Qaydası"na aşağıdakı
məzmunda 7.4-1-ci bənd
əlavə edilsin:
"7.4-1. Təhsil xərclərinin
maliyyələşdirilməsi üçün tələb
olunan sənədlərin Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
müvafiq dövlət
orqanından (qurumundan)
əldə edilməsi
mümkün olduqda həmin sənədlər
müraciət edəndən
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi müraciət edənin razılığı
ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb
olunur və ya müraciət edən tərəfindən
təmin edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyun 2023-cü il
Azərbaycan. - 2023.- 6 iyun.-
S.2.