“Qərbi
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması” mövzusunda görüş
keçirilib
Qərbi Azərbaycan
İcmasında “Qərbi
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması” mövzusunda İcmanın
Gənclər Birliyinin
ASAN könüllüləri ilə görüşü
keçirilib.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq İcma haqqında, təşkilatın məqsədi, hədəf və vəzifələri barədə məlumat verib, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşdə səsləndirdiyi fikirlərin İcmanın yol xəritəsinə çevrildiyini bildirib.
Konsepsiyası barədə
danışan Ə.Ələkbərli
vurğulayıb ki, soydaşlarımızın öz
doğma torpaqlarına
qayıdışının təhlükəsiz və
ləyaqətli şəkildə
təmin edilməsi əsas şərtdir.
Qərbi Azərbaycan
İcması Gənclər
Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov çıxış
edərək, Qərbi
Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmə
çatdırılmasında gənclərin rolunun önəmli olduğunu, çıxış etdikləri
bütün platformalarda
bu barədə məlumat vermələrinin
vacibliyini vurğulayıb.
Ramin Məmmədov beynəlxalq təşkilatların
Qərbi Azərbaycan İcmasının müraciətlərinə
verdiyi cavabları, İcmanın müraciətləri
və Qayıdış
Konsepsiyasının dörd
dəfə BMT sənədi
kimi yayılmasını
xüsusi qeyd edib.
İcmanın Gənclər Birliyi sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov təqdimatla çıxış edərək, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın pozulan hüquqlarından, onların geri qayıdışı ilə bağlı Qayıdış Konsepsiyasında cızılan konturlardan danışıb. Bildirilib ki, Qərbi Azərbaycanlıların geri qayıdış hüququ beynəlxalq hüquqla bağlı bütün sənədlərdə öz əksini tapan prinsiplərə söykənir və bu qayıdış bölgədə sülhün dayanıqlı olmasına mühüm töhfəsini vermiş olar.
ASAN Könüllüləri" Təşkilatının sədri
Emiliya Bayramova bildirib ki, Qərbi
Azərbaycan ümummilli
məsələdir və
bu gün gənclərimizin bu istiqamətdə olan marağı böyükdür.
Vurğulanıb ki, gənclər soydaşlarımızın
öz torpaqlarına geri qayıdışı,
onların tapdanan hüquqlarının bərpası
prosessində fəal rol oynamağı öz mənəvi borcu bilir və
buna can atırlar.
Görüşdə ASAN könüllüləri Səbinə Hüseynova, Nuray Aslanova, Könül Məlikova, Gülsarə Bağırova, Səma Tağızadə, Aytən Ələkbərli və Aysu Rəsulovanın İcma rəsmilərinə ünvanladıqları suallar cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 4 iyun.- S.12.