Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bəzi tikinti obyektlərinə tikintiyə
icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydasında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 28
dekabr tarixli 460 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 12 (I kitab), maddə
2617; 2019, № 10, maddə 1581; 2020, № 2, maddə 87; 2021, № 12, maddə
1405; 2022, № 8, maddə 846) ilə
təsdiq edilmiş
"Bəzi tikinti obyektlərinə tikintiyə
icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nın
3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
"3.2-1. Tikintiyə icazənin alınması üçün tələb
olunan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda həmin sənədlər ərizəçidən
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi ərizəçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya ərizəçi
tərəfindən təmin
edilir.".
2. 3.3-cü bəndin birinci cümləsinə
"təqdim olunmadıqda"
sözlərindən sonra
"(bu Qaydanın
3.2-1-ci bəndinin müddəaları
nəzərə alınmaqla)"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 6 iyun.- S.2.