Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 22 iyun tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət əmlakının
ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydalarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 22
iyun tarixli 283 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 6, maddə 498; 2023, № 1, maddə 70) ilə təsdiq edilmiş "Dövlət əmlakının
ixtisaslaşdırılmış pul hərraclarında satışı Qaydaları"nın
3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
"3.3-1. Hərracda iştirak etmək üçün nəzərdə
tutulan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda həmin sənədlər sifarişçidən
tələb edilmir. Belə sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi sifarişçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya sifarişçi
tərəfindən təmin
edilir.".
2. 3.6-cı bəndin dördüncü abzasına
"tam şəkildə
təqdim olunmadıqda"
sözlərindən sonra
"(bu Qaydaların
3.3-1-ci bəndinin müddəaları
nəzərə alınmaqla)"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyun 2023-cü il
Azərbaycan.-
2023.- 6 iyun.- S.2.