Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnvestisiya müsabiqəsinin
keçirilməsi Qaydalarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 17
iyul tarixli 533 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 7, maddə 470; 2006, № 7, maddə 590; 2009, № 3, maddə
163; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə
1384, № 9, maddə 1470; 2022, № 12, maddə 1444) ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin
keçirilməsi Qaydaları"nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:
"4.2-1. Müsabiqədə iştirak etmək üçün tələb
olunan sənədlərin
və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə
müvafiq dövlət
qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb
edilmir. Belə sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi iddiaçıların
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin
edilir.".
2. 4.4-cü bəndin dördüncü
abzasına "təqdim
olunmadıqda" sözlərindən
sonra "(bu Qaydaların 4.2-1-ci bəndinin
müddəaları nəzərə
alınmaqla)" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyun 2023-cü il
Azərbaycan.-
2023.- 6 iyun.- S.2.