Baş nazir Əli Əsədov Dünya Bankının nümayəndə
heyəti ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə
heyəti ilə görüşüb.
Fəaliyyət müddəti
cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq
Rolande Praysı və Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim etdi.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli
səmərəli tərəfdaşlığın
səviyyəsindən məmnunluq
ifadə olundu, ötən müddət ərzində müxtəlif
sahələri əhatə
edən birgə layihələrin uğurla
həyata keçirildiyi
bildirildi.
Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Azərbaycan.- 2023.- 6 iyun.- S.3.