Baş nazir Əli Əsədov Türkiyənin sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür edib

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür məktubu ünvanlayıb.

Məktubda Türkiyənin Vitse-prezidenti olduğu müddətdə Azərbaycan ilə münasibətlərin inkişafına yetirdiyi diqqətə görə F.Oktaya minnətdarlıq ifadə olunub.

F.Oktayın İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri kimi Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə genişləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Eyni zamanda Türkiyə Böyük Millət Məclisində gələcək fəaliyyətində F.Oktaya uğurlar arzulanıb, bu müddət ərzində onun Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, strateji tərəfdaşlıq müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.

 

Azərbaycan.- 2023.- 6 iyun.- S.3.