Baş nazir
Əli Əsədov Cevdet Yılmazı Türkiyənin Vitse-prezidenti
təyin edilməsi münasibətilə təbrik
edib
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının
Vitse-prezidenti vəzifəsinə
təyin edilməsi münasibətilə təbrik
məktubu ünvanlayıb.
Məktubda C.Yılmazın
yüksək vəzifəyə
təyinatı qardaş
Türkiyənin Cümhurbaşqanı
Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının
aşkar təzahürü
kimi qiymətləndirilib.
Vurğulanıb ki,
son illər ərzində Türkiyə
hərtərəfli inkişaf
nümayiş etdirərək
beynəlxalq aləmdə
güc mərkəzinə
çevrilmişdir.
Məmnunluqla qeyd
olunub ki, möhkəm təməllər
üzərində qurulmuş
Azərbaycan-Türkiyə əməkdaşlıq
münasibətləri bu
müddət ərzində
prezidentlər İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli
səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz
dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və
müttəfiqlik səviyyəsinə
yüksəlmişdir
Azərbaycan və
Türkiyənin birgə
səyləri ilə həyata keçirilən
nəhəng layihələrin
iki ölkənin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini
artırdığı, bölgədə
sülhə, əməkdaşlığa
və inkişafa xidmət etdiyi bildirilib.
“Bir millət iki dövlət” şüarını rəhbər tutan Azərbaycan ilə Türkiyə asında müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsi, eyni zamanda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkənin əməkdaşlığının ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və bütün digər sahələrdə daha da genişləndirilməsi istiqamətində birgə səy göstərməyə hazırlıq ifadə olunub.
Azərbaycan.- 2023.- 6 iyun.- S.3.